"Qarabağ" bu göstəricidə yenə birinci oldu - Çempionlar Liqası

21.07.2022 09:35 777
Çempionlar Liqası
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, Bakıda baş tutan “Qarabağ” – “Sürix” (İsveçrə) qarşılaşması bu göstəricidə birinci olub. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçı 30 min 782 azarkeş izləyib.

“Qarabağ” “Sürix”i ilk matçda 3:2 hesabıyla məğlub edib. Cavab görüşü iyulun 27-də İsveçrədə oynanılacaq.

"Qarabağ"ın I təsnifatda "Lex"ə (Polşa) qarşı keçirdiyi ev oyunu da (5:1) azarkeş sayına görə 1-ci sırada idi.