Nəbi İsgəndərovdan növbəti qələbə - Dünya Kuboku

23.04.2026 13:27 27
İdman
Boksçumuz Nəbi İsgəndərov (70 kiloqram) Braziliyanın Fos-du-İquasu şəhərində keçirilən Dünya Kubokunda növbəti qələbəsini qazanıb.

"Football-plus.az" xəbər verir ki, milli üzvü 1/8 finalda Murodjon Aşuraliyevlə (Tacikistan) üz-üzə gəlib. Hər 3 raundu xeyrinə bitirən boksçu yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qalib gəlib.

O, sabah 1/4 finalda Farux Toxtassunovla (Qazaxıstan) gücünü yoxlayacaq. Qeyd edək ki, Nəbi İsgəndərov Dünya Kubokunda 1/4 finalda mübarizə aparacaq 4-cü milli üzvü olub. Daha bir idmançımız isə bu mərhələyə vəsiqə üçün bu gün rinqə çıxacaq.