“Şəmkir”in prezidenti Adil Əliyev belə böyükhesablı məğlubiyyətin səbəbi haqda “Football-plus.az”a açıqlama verib:
“Biz də oyundan narazı qaldıq. “Şirvan”la oyunda məğlub olsaq da, daha yaxşı oynamışdıq, futbolçular baxımlı oyun sərgiləyirdi. Nə deyim, vallah.Yor yorğunluğu da ola bilər. Zədəlilərimiz, sarı vərəqə limitində olan futbolçular var idi deyə, heyətdə rotasiya edilmişdi. Bir neçə gənc oyunçu oynayırdı. Bəlkə də onların təcrübəsizliyi də rol oynadı”. Hansı komanda olur-olsun, erkən qollar buraxanda sınır. Məşqdə bunları müzakirə edir, səhvləri axtarırıq”.
MÜZƏFFƏR QULUZADƏ






