• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sanki hamısı bilərəkdən məni güdür ki, texniki zonadan neçə santimetr kənara çıxacam” - MÜSAHİBƏ

Ölkə futbolu / Manşet

11-11-2022, 12:0

Mövsümün gedişində Aleksey Baqanı yola salıb Samir Abasovu “sükan arxasına” gətirən “Sumqayıt” autsayder yarlığını üzərindən ata bilməsə də, ötən tur “Neftçi” ilə matçda azarkeşlər “kimyaçılar”ın ifasında mövsümün hələ ki ən yaxşı oyununu izlədi.

“Gənclik şəhəri” təmsilçisi “ağ-qaralar”la bərabərə qalsa da, qalib gəlməyə çox yaxın idi. Hiss olunur ki, Abasovun gəlişi ilə düşərgədə canlanma var, mövsümün əvvəlində ruh düşkünlüyü yaşayan komandanın artıq meydana çıxanda “ayaqları əsmir”.

Srağagün həm “kimyaçılar”ın məşqini izləmək, həm də baş məşqçi ilə söhbətləşmək üçün yolumu “Kapital Bank Arena”dan saldım. Düşünürdüm ki, saatyarımlıq məşq, ondan sonra da maksimum yarım saat Abasovla müsahibə... Ümumlikdə 2 saat vaxt itirəcəm. Ancaq ehtimallarım doğrulmadı. Yeni komanda quruculuğu yolunda çalışan Samir bəylə görüşüm 4 saatdan sonra baş tutdu. 44 yaşlı mütəxəssis məşqi başa vurandan sonra kompüterin arxasına keçib nələrisə diqqətlə nəzərdən keçirdi, ondan sonra köməkçiləri ilə birgə menecerlər tərəfindən təklif olunan yeni futbolçulara baxdı. Yalnız bundan sonra Abasovla iş otağında görüşüb söhbətləşdik.

- “Neftçi”ylə oyundan öncə düşərgədə ciddi itkilər olsa da, iddialı komandadan xal ala bildiz. “Şamaxı” ilə matçdan əvvəl vəziyyət necədi?

- Əvvəlcə onu bildirim ki, itkilərdən əlavə, komanda “Neftçi”ylə oyuna heç də yaxşı vəziyyətdə çıxmamışdı. Meydanda olanların bəziləri xəstə idi, hərarətləri vardı. “Şamaxı” ilə qarşılaşma daha çətin olacaq. Demək olar, düşərgədə eyni durumdu. Virus yayıldığından bir oyunçumuz sağalır, başqası xəstələnir. Bu səbəbdən oyun günü meydana kimin çıxacağını indidən deyə bilmərəm. Buna baxmayaraq, Şamaxıya yüksək əhval-ruhiyyədə gedirik.

- “Neftçi”ylə matçdan sonra “Şamaxı”ya qarşı görüşün daha çətin olacağını söyləmişdiz. Belə çıxır, bu gün “ağ-qaralar” “şirlər”dən zəifdi?

- Bəli, çox çətin olacaq. Çünki istəsən belə, “Neftçi”yə qarşı sərgilədiyin oyunu “Şamaxı” ilə matçda göstərə bilməyəcəksən. Bakı klubuna qarşı “ikinci nömrə” kimi çıxmışdıq. Bu dəfə isə belə olmayacaq. Loru dildə desək, “cırcıramalar”a qarşı oynayacağıq. “Şamaxı” həddən artıq hərəkətli komandadı. Bir var fiziki cəhətdən hərəkətli olub yorulasan, bir də var kompakt oynayan kollektivin müdafiəsini yarmaq üçün baş işlədəsən. Bu futbolçudan ikiqat artıq güc tələb edir. Həm fiziki, həm də zehni cəhətdən hazırlıqlı olmalısan.

- Təxminən bir aydı “Sumqayıt”ın “sükanı arxasındasız”, komanda rəhbərliyiniz altında artıq 6 çempionat oyununa çıxıb. Geridə qalan müddətdə futbol fəlsəfənizi oyunçulara aşılaya bilmisiz?

- Məncə, hələ yox. Gəlin sualı başqa cür qoyaq: futbolçular dediklərimizi anlayır? Gördüyüm odu ki, oyundan-oyuna dəyişirlər. Hətta açıq danışsaq, performansı düşənlər də var. Bu daha çox psixoloji cəhətdən özünü göstərir. Özlərində “mən bunu oynaya bilmərəm, bu vaxta kimi başqa futbol oynamışıq”, - deyə düşünənlər var. Mən bunu məşqlərdə də görürəm, oyunlarda da hiss edirəm. Ancaq futbolçularıma hər dəfə “siz bunu bacaracaqsız” deyib özlərinə inanmalarını aşılıyıram.

- “Tovuz Turan”la matçdan sonra bəzi futbolçuların işə yanaşmasından narazılığınızı gizlətməmişdiz. Sumqayıta dönəndən sonra onların bəziləri ilə ciddi söhbət edəcəyinizi, hətta komandadan uzaqlaşdıracağınızı söyləmişdiz. Ancaq geridə qalan müddətdə nə komandadan qovulan oldu, nə də cəzalanan...

- Bəli, belə fikir səsləndirmişəm. Tovuz səfərindən sonra həddən artıq əsəbiydim. İşə yanaşmanı qoyaq bir kənara, oyuna köklənmək baxımından boşluq var idi. Geri dönəndən sonra adını çəkmədiyim həmin futbolçularla danışmışam. Niyə kimisə kənarlaşdırmadım? Bu başqa mövzudu. Bəzən elə durumla üzləşirsən ki, qəti qərar vermək istəyirsən, ancaq nəyə görəsə səbirli olmağa məcbursan. Bilirsiz, niyə əsəbləşmişdim? Bəzi futbolçular Tovuzda heç-heçə etsəydik belə, onu böyük uğur kimi qarşılayacaqdılar. Bu yanaşma məni özümdən çıxarmışdı. “Turan Tovuz”la matçda oyun planında heç nə göstərmədik. Bu səbəbdən divizion səviyyəsində matç olduğunu söylədim. Təbii ki, bu fikirləri öz komandama aid etmişdim. Təəssüf ki, bəziləri söylədiklərimi səhv yerə yozub, konteksdən çıxartmağa çalışdılar. Futbolçulara da sözümü dedim. Onlara “belə oyunla heç-heçəyə sevinəcəksizsə, “Sumqayıt”da olmayacaqsız” dedim.

- “Sumqayıt”ın yayda heyətə qatdığı legionerlərin səviyyəsi də mətbuatda, futbol camiəsində çox müzakirə olunur. Keyfiyyət qane edir? Sizə elə gəlmir ki, transfer xatirinə transfer olunub?

- Məndən əvvəl baş verən prosesləri izah etmək çətindi. Gəlmişik, qışa qədər sərəncamımızda olan legionerləri yoxlayacağıq. Bu gün qınanılan legionerlər də deyə bilər ki, “biz başqa sistemlə oynamışıq, sizin gəlişinizlə sistem dəyişib. Ruh düşkünlüyü var idi, uyğunlaşma dönəmini keçirirdik”. Yəni onların da özlərinə görə həqiqətləri var. Qışa qədər özlərini göstərmək imkanları var. Yaxşı olacaqlar, qalacaqlar, olmayacaqlar, mən oldum-olmadım, onlar yola salınacaq. Komandanın bugünkü vəziyyəti rəhbərliyi də narahat edir.

- Fasiləyə o qədər də çox vaxt qalmayıb. Bildiyim qədər artıq yeni oyunçuların axtarışına çıxmısız. Hər gün sizə təklif olunan futbolçuları izləyirsiz. Qış transfer dönəmində komandada əsaslı dəyişikliklər gözlənilir?

- Dəyişikliklər olacaq. Əsaslı olub-olmayacağını indidən söyləyə bilmərəm. Hələ bilmək olmaz, yanvara kimi hansı proseslər gedəcək. Qarşıda bizi 4 çempionat və kubok görüşləri gözləyir. Qarşıdakı müddətdə istər yerlilər, istərsə də legionerlər oyun fəlsəfəmizə uyğunlaşa biləcəklərsə, qalacaqlar, alınmayacaqsa, vidalaşacağıq. Uyğunlaşanlar çox olacaqsa, yenilərin sayı az olacaq, az olacaqsa, onda düşərgədə əsaslı dəyişikliklərin olacağını gözləməyə dəyər. Onu qeyd edim ki, başqa klublarla müqayisədə “Sumqayıt”da dəyişikliyə həddən artıq ehtiyac var.

- Yaxın vaxtlarda Sumqayıtda yeni arenanın istifadəyə veriləcəyi gözlənilir. Yeni, müasir standartlara cavab verən stadionda autsayder kimi debüt etmək...

- Sualın davamını gətirməyin. Bilirəm, hansı nöqtəyə vurursuz. Bəli, çox möhtəşəm stadion tikilib, qurtarmaq üzrədi. Bu öz yerində. Ümumilikdə komandanın son pillədə olması şəhərimizə yaraşmır. Düşünürəm ki, belə davam etməyəcək. Bir az səbirli olmaq lazımdı. Hər dəfə jurnalistlərin suallarını cavablayanda bu fikri səsləndirirəm. İndi təşvişə düşsək, “niyə bu məsələlər belə oldu” deyib başımızı tutsaq, hər şeyi itirə bilərik. Ötən turda oyunumuzla azarkeşlərimizi sevindirə bilmişiksə, ən azı qışa qədər davamını gətirməliyik. “Neftçi” ilə matçda yanmağa başlayan qığılcımın sönməsinə imkan verməməliyik. Qışda olmasa da, 2023-ün yayından qarşıya qoyulan məqsədə doğru gedəcəyik.

- Bu arada fiziki hazırlıq üzrə məşqçi Qoran Başiçlə yolları ayırmısız. Onu kim əvəzləyəcək?

- Çətin ki, qışda məşqçilər korpusuna fiziki hazırlıq üzrə mütəxəssis dəvət edək. Böyük ehtimalla bu məsələyə yayda qayıdacağıq.

- “Neftçi” ilə matçda Regekampfla aranızda mübahisə yaşandı. Hər ikiniz emosiyanalarınıza sahib çıxa bilməsəz də, nədənsə baş hakim məhz sizi texniki zonadan uzaqlaşdırdı. Buna münasibət bildirməyinizi istərdik.

- Ola bilsin, həmin an həmkarımdan fərqli bir az daha aqressiv oldum. Bu da Avropa ilə bizim mentallıq fərqindən irəli gəlir (gülür). Fikrimcə, referinin də gözünə dəyən bu oldu və məni qovdu.

- Sizə elə gəlmir ki, həmin an hakim ya hər ikinizi qovmalı, ya da eyni münasibət göstərib “sarı” verməliydi?

- Məncə, həmin vəziyyətdə xəbərdarlıq olunmalıydı. Hakim güzəşt edə bilərdi. Hər addımda kitabla getmək olmaz. Mənim özümə, qarşı tərəfin özünə görə özünümüdafiə üçün sözü ola bilər. Həmin an baş hakim oyun, azarkeş, maraq xatirinə bəzi güşətlərə gedə bilərdi. Təcrübəli hakimlər bunu edir ki, dəfələrlə şahidi olmuşuq. Hər dəfə qanunla hərəkət etmək olmur. Qanun onun üçün qanundu ki, bəzən onu pozasan (gülür). Bu gün Konte ilə Tuxel qırğına çıxırsa, emosiyalarına sahib çıxa bilmirsə... Fikrimcə, referi bəzən bütün nüansları nəzərə almalıdı. Bəli, sən bu gün qanuna uyğun addım atıb məni texniki zonadan uzaqlaşdırdın, buna görə normal qiymət aldın, sonra? Olmaz belə. Bu gün hakimlər deyəcək ki, qayda-qanun belə tələb edir. Bəli, onları başa düşürəm, kitabın qarşısında biz də bir şey deyə bilmərik. Ancaq həmin an sən xəbərdarlıq edərdin, lap “sarı” verərdin. Ondan sonra da oyunumuz davam edərdi.

- Sizə elə gəlmir ki, bəzən hakimlər Samir Abasovu texniki zonadan uzaqlaşdırmağı, obrazlı desək, özlərinə şərəf bilir?

- Bilirsiz, maraqlı olan nədi? Jurnalistlər məni görəndə “sən işləməyəndə, mətbuat konfransları maraqsız keçir, mövzu olmur” söyləyirlər. İşləyəndə də yazırlar ki, Abasov niyə bunu elə dedi, niyə bu məsələyə bu cür münasibət bildirdi? Eyni hal hakimlərlə bağlı da yaşanır. Harda görürlər, “sizin oyunları idarə etmək maraqlıdı, çalışdırdığınız komanda çox qaçır” kimi fikirlər səsləndirirlər. Ancaq oyun başlayan kimi... Sanki hamısı bilərəkdən məni güdür ki, texniki zonadan neçə santimetr kənara çıxacam, ağzımı açıb kiməsə nəsə deyəcəm. Hər vəziyyətdən çıxış var. Hansısa referi sadə bir vəziyyətdə məşqçini və ya futbolçunu qovursa, oyunun maraqlı keçməsinə imkan vermirsə, azarkeşlərin gərgin oyun izləməsinə şərait yaratmırsa, bu futbolu öldürmək deməkdi.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet / Günün xəbəri

6-11-2022, 13:0

Samir Abasov köməkçisi ilə vidalaşdı - ÖZƏL

Premyer-liqa / Manşet

1-11-2022, 15:0

Legionerlər Samir Abasovu çətin vəziyyətə salıb

Premyer-liqa / Günün xəbəri

23-10-2022, 13:0

“Sumqayıt” qanalı forvardla sabah müqavilə bağlayacaq

Manşet

28-06-2022, 12:0

“Sumqayıt” ilk yoxlama oyununu bu komandaya qarşı keçirəcək - ÖZƏL

Premyer-liqa / Manşet

20-09-2022, 11:0

“Sumqayıt” rəhbərliyi Baqanı tanınmış mütəxəssislə əvəzləmək istəyir - ÖZƏL

Aktual
“Elvinin top-5 liqaya getməsinin gec olduğunu düşünürəm” - 25 yaşlı müdafiəçi böhrandan necə çıxacaq?
“Turan Tovuz” finala çıxmaq istəmirdi?
“Karvan-Yevlax”ın ulduzları niyə oynamır?
“Erkən qollar komandanı sındırdı” - Qərb təmsilçisinin prezidenti
Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
“Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
Son xəbərlər
  • Bu gün, 18:48
    “Zirə”nin 3-cü, “Sabah”ın 2-ci finalı
  • Bu gün, 18:17
    LNZ ilk 15 dəqiqədə qol buraxanda həmişə qələbəyə həsrət qalır - İCMAL
  • Bu gün, 17:46
    ''Beşiktaş'' prezidenti icarədə olan oyunçular və Fernandeş haqda nə dedi?
  • Bu gün, 17:15
    Cokoviçlə Alkaras Madrid turnirindən çəkildi
  • Bu gün, 16:44
    Millimiz Belarusla qarşılaşacaq
  • Bu gün, 16:13
    MBA-nın oyunlarını Amerikada 170 milyon adam izləyib!
  • Bu gün, 15:42
    Makdevid mövsümün bombardiri, Makkinnon snayperi oldu
  • Bu gün, 15:11
    “Elvinin top-5 liqaya getməsinin gec olduğunu düşünürəm” - 25 yaşlı müdafiəçi böhrandan necə çıxacaq?
  • Bu gün, 14:40
    “Turan Tovuz” finala çıxmaq istəmirdi?
  • Bu gün, 14:19
    “Karvan-Yevlax”ın ulduzları niyə oynamır?
  • Bu gün, 13:58
    Jalə Əliyeva Avropa çempionatının yarımfinalında
  • Bu gün, 13:27
    Nəbi İsgəndərovdan növbəti qələbə - Dünya Kuboku
  • Bu gün, 12:56
    “Sabah”la “Turan Tovuz” çətin durumda – “Neftçi” isə Azərbaycan derbisində problemlə üzləşəcək
  • Bu gün, 12:25
    Nəbadə, Elvin!
  • Bu gün, 11:54
    “Sabah” ölkə kubokunda 20-ci ev qoluna imza atdı
  • Bu gün, 11:23
    “Erkən qollar komandanı sındırdı” - Qərb təmsilçisinin prezidenti
  • Bu gün, 10:52
    Güləş millimiz Avropa çempionu oldu
  • Bu gün, 10:31
    Nəriman yenə şans qazanmadı
  • Bu gün, 10:00
    Daha dörd güləşçimiz mübarizəyə başlayır - AÇ
  • Dünən, 23:58
    "Fərqli ölkələrdə çalışmışam, hakim qərarlarından bu qədər danışıldığını görməmişəm" - Valdas Dambrauskas
  • Dünən, 23:53
    "Yəqin, məni cərimə etməzlər, sanki hakimlər "başlarını itiriblər" - Qurban Qurbanov
  • Dünən, 23:22
    ''Qalatasaray''ın portuqaliyalı ulduza təklif etdiyi maaş bəlli oldu
  • Dünən, 22:52
    ''Trabzonspor'' daha bir ukraynalı ilə anlaşdı
  • Dünən, 22:02
    "Sabah" da finalda! - YENİLƏNİB
  • Dünən, 21:10
    Həsrət Cəfərov dördüncü dəfə Avropa çempionu oldu
  • Dünən, 20:39
    "Qarabağ" üçün bəxtsizlik: Koxalski qovuldu
  • Dünən, 20:08
    Özbəkistanlı futbolçu İstanbul klubuna birdəfəlik transfer olundu
  • Dünən, 19:37
    ''Fənərbaxça''ya 4 gün ərzində ikinci şok - kubok macərası da bitdi
  • Dünən, 19:06
    “Sabah” - “Qarabağ”: START HEYƏTLƏRİ
  • Dünən, 18:35
    ''Beşiktaş'' ispaniyalı ulduzla anlaşıb?
  • Dünən, 18:04
    “Sabah” - “Qarabağ” oyununda stadion dolacaq!
  • Dünən, 17:33
    “Neftçi” apellyasiya şikayəti verəcəkmi? - Rüstəm Əfsərlidən cavab
  • Dünən, 17:02
    Çalhanoğlu ''İnter''i finala daşıdı - rəqib məşqçi ona heyranlığını gizlədə bilmədi
  • Dünən, 16:31
    Acunun komandası 10 il öncə çempion olan "tülkülər"i 3-cü diviziona göndərdi!
  • Dünən, 16:00
    Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
Daha çox
Oxunub: 607
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 271
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 270
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 243
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 195
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 184
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə