PFL prezidentinin növbəti mövsümlə bağlı planı - AÇIQLAMA

9.11.2022 16:12 614
Ölkə futbolu / Manşet
PFL prezidenti Elxan Səmədov bir müddət öncə VAR maşını almaq məqsədiylə Almaniyaya yollanmışdı.

Məlum olduğu kimi, bəzi elita klublarının stadionlarında VAR otağının olmaması üzündən mübahisəli epizodlara VAR-ın quraşdırıldığı maşınlarda baxılır. Belə maşınların sayı isə birdi. Bu üzdən hansısa oyun üst-üstə düşəndə çətinlik yaranır. Ona görə də daha bir VAR maşınına ehtiyac yaranır.

Maraqlıdı, Elxan Səmədovun Almaniya səfərinin nəticəsi necə oldu? Bu sualın cavabını tapmaq üçün PFL-in media və marketinq direktoru Sənan Abdullayevə müraciət etdik:

“Bu görüş cari mövsüm üçün deyil. Yəni, növbəti “futbol ili” üçün danışıqlar aparılıb. Bu isə müsbət nəticələnib. Hazırda da məsələ ilə bağlı danışıqlar davam edir”.


ŞAİR ABDULLA