"Araz-Naxçıvan" Çempionlar Liqasında son oyununu keçirdi

30.10.2022 00:13 433
İdman
Bu gün “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının əsas mərhələsində son oyununu keçirib.

"Footbal-plus.az" xəbər verir ki, Azərbaycan təmsilçisi Bosniya və Herseqovinanın "Mostar" klubu ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsiylə başa çatıb - 3:2.

"Araz-Naxçıvan" qrupda keçirdiyi 3 matçı da uduzub və turnirlə vidalaşıb. Azərbaycan klubu ilk oyunda "Orebro"ya (İsveç), ikinci matçda isə "Loznika Qrad"a (Serbiya) məğlub olub.

Futzal, Çempionlar Liqası

29 oktyabr

“Mostar” (Bosniya və Herseqovina) – “Araz-Naxçıvan”
Qollar: Aladzic, 3, 12, Saselli, 33 – Vitao, 23, Amenqual, 34