"Tottenhem"in hücumçusu Son Hın Min karyerasını İspaniyada davam etdirə bilər.
"Football-plus.az" xəbər verir ki, Karlo Ançellotti koreyalı futbolçu ilə yaxından maraqlanır. Məlumatı "Sport1" nəşri yayıb. 30 yaşlı hücumçu qarşıdakı aylarda digər təklifləri də dəyərləndirəcək.
Qeyd edək ki, Son Hın Min bu mövsüm İngiltərə premyer-liqasında 12 matçda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.