Kavani Argentina nəhənginin hədəfində

1.04.2022 13:54 615
Dünya futbolu
"Mançester Yunayted"in hücumçusu Edinson Kavani karyerasını Argentinada davam etdirə bilər.

Bu məlumatı "Todofichajes" yayıb.

Uruqvaylı forvard "Boka Xuniors"la danışıq aparır. Cari mövsümün sonunda "qırmızı şeytanlar"la olan müqaviləsinin müddəti başa çatacaq Edinsonun İspaniya təmsilçilərindən aldığı təklifləri geri çevirəcəyi bildirilib.

Kavani "Mançester Yunayted"ə 2020-ci ildə, azad agent statusu ilə qoşulub. Bu mövsüm İngiltərə premyer-liqasında 12 oyuna çıxan cənubi amerikalı 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul