"Ayaks"ın hücumçusu İspaniya nəhənginin hədəfində

24.03.2022 17:18 570
Dünya futbolu
“Ayaks”ın futbolçusu Antoni karyerasını İspaniyada davam etdirə bilər.

22 yaşlı hücumçu “Barselona”nın maraq dairəsinə düşüb. Kataloniya təmsilçisi braziliyalını yayda heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, Antoninin “Ayaks”la müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. Forvardın transfer qiyməti 35 milyon avrodu.