Millimiz Niderlanda uduzdu - Dünya Kuboku

1.06.2026 23:25 14
İdman
Qadınlardan ibarət 3x3 basketbol yığmamız Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda növbəti matçını keçirib.

"Football-plus.az" xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv A qrupunda Niderlandla üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 19:13.

Yığma qrup mərhələsindəki ilk matçında Madaqaskarı 21:13 hesabı ilə məğlub edib.