Emerini "Barselona"nın sabiq məşqçisi əvəzləyəcək

25.10.2022 10:43 337
Dünya futbolu
"Vilyarreal"ın baş məşqçi postuna namizədi bəlli olub.

Football-plus.az xəbər verir ki, söhbət Enrike Setyendən gedir. 64 yaşlı mütəxəssis "Aston Villa"ya keçən Unai Emerini əvəzləyəcək.

Qeyd edək ki, "Vilyarreal" hazırda La liqada 11 turdan sonra 7-ci pillədə qərarlaşıb. Enrike Setyenin son iş yeri "Barselona" olub. 64 yaşlı mütəxəssis 2020-nin avqustunda Kataloniya təmsilçisindən ayrılıb.