Sabah Latviyanın paytaxtı Riqada yeniyetmə cüdoçular arasında Avropa kuboku start götürəcək.
“Football-plus.az” saytının məlumatına görə, yarışın mükafatları uğrunda millimizin 3 üzvü də mübarizə aparacaq. Söhbət Mehdi Cəfərov (66 kq), Şamil Sadıqov (73 kq) və Tamerlan Cabbarovdan (90 kq) gedir.
Qeyd edək ki, iki gün davam edəcək yarışda ədaləti olimpiya dərəcəli hakim Fariz Hüseynov qoruyacaq.