• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Maklaren”in rəhbəri “Red Bull”u fırıldaqçılıqda suçladı

Dünya futbolu

21-10-2022, 16:0

“Formula-1” üzrə dünya çempionatında 2022 mövsümünün qalibi artıq bəllidi.

Xəbər verdiyimiz kimi, “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen ardıcıl ikinci dəfə çempionluğu bayram etdi. Amma avtoidman dünyası ilə bağlı bir-birindən maraqlı xəbərlər gəlməkdədi.

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) oktyabrın 10-da ötən il üçün maliyyə hesabatını açıqlamasından xəbərdarsız. Həmin hesabatdan belə aydın oldu ki, “Red Bull” və “Aston Martin” büdcə limiti ilə bağlı müəyyən pozuntulara yol versələr də, bunlar prosedur xarakterlidi və komandaların ümumi hesabda yerini itirməsi üçün əsas sayıla bilməz.

Amma “Maklaren”in rəhbəri Zek Braun belə qənaətlə razı deyil. O, Beynəlxalq Avtomobil Federasiyasına yazdığı məktubda “Red Bull”un büdcə limitini aşmasını fırıldaqçılıq kimi qiymətləndirib: “Xərcləri aşan istənilən komanda həm ötən il, həm də bu il bolidi hazırlayarkən ədalətsiz üstünlük qazanıb. Beynəlxalq Avtomobil Federasiyası “Formula-1”in bütövlüyünü qorumaq istəyirsə, bu hərəkətə görə komandaya cəza verməlidi”.

Qurumun prezidenti Məhəmməd ben Sulayemə ünvanlanan məktubun surəti “Formula-1”in prezidenti Stefano Domenikaliyə də göndərilib.
Bu arada “Haas”ın sahibi Cin Haas komandanın pilotu Mik Şumaherin əsas probleminin nə olduğunu açıqlayıb: “Bu idman növündə yeni başlayan pilot kimi maşınları qırırsansa, bu yolverilməzdi. Maşınlar yetərincə bahadı. Düşünürəm ki, Mik böyük potensiala malikdi. Ancaq bilirsiz ki, onun çoxlu maşını sıradan çıxarması bizə baha başa gəlib. Sadəcə, bu qədər pulumuz yoxdu. Məsələn, Maks Ferstappen kimi komandaya çoxlu xal qazandırır və bəzən maşını qırırsansa, bunun öhdəsindən gəlmək olar. Ancaq sən heç ilk “10-luğ”a düşmür və maşınları qırırsansa, vəziyyət çətinləşir”.

KİV-in yaydığı xəbərə görə, əfsanəvi Mihael Şumaherin oğlu təkcə 2022-ci il ərzində maşınlara 5 milyon dollar zərər vurub. 23 yaşlı almaniyalı pilot sona 4 mərhələ qalmış 12 xalla şəxsi hesabda 16-cı yeri tutur. Onun komanda yoldaşı Kevin Maqnussen isə 22 xalla 14-cü yerdədi. Şumaherin Amerika komandası ilə müqaviləsinin müddəti cari mövsümün sonunda bitəcək.

Cari mövsümdə Ferstappenin kölgəsində qalan “Mersedes”in pilotu Lüis Hemilton da maraqlı açıqlama verib. Yeddiqat dünya çempionu Almaniya komandasında uzun müddət qalmaq istəyir: “Burda özümü rahat hiss edirəm. Məşğul olduğum iş xoşuma gəlir. İrəlidə bizi çox iş gözləyir, hələ çox zirvə fəth etməliyik. Yaxın vaxtlarda heç bir başqa komandaya keçməyi planlaşdırmıram. Mümkün olduğu qədər uzun müddət “Mersedes”də qalmaq istəyirəm. Ümumilikdə həyatımın sonuna qədər burda qalmaq niyyətindəyəm. Bunu heç müzakirə etməyə dəyməz. Çox güman, menecer roluna yiyələnəcəm. Ona görə ki, komandanın inkişafına daxildən də yardım etmək istəyirəm”.

Xatırladaq ki, Hemilton “Mersedes”ə 2013-cü ildə “Maklaren”dən keçib və Almaniya komandasının heyətində 82 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla altı dünya çempionluğu qazanıb.

Paylaş:
Digər xəbərlər

İdman

9-10-2022, 20:0

“Red Bull” maliyyə reqlamentini pozub?

İdman

16-10-2022, 22:0

“Red Bull” reqlamenti pozsa da, Ferstappendən titul alınmayacaq

İdman

27-05-2022, 13:0

“Red Bull”un rəhbəri xəbərdarlıq etdi

İdman

27-09-2022, 11:0

Komandalar 2023-ün təqvimindən narazıdı

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 132
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə