• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Doğmaları Mahirin başına bəla olub - KÖŞƏ

Ölkə futbolu / Yazarlar

18-10-2022, 19:0

Qəzetimizin ötən cümə axşamı sayınzda “Mahir Emreli serial kimi həyat yaşayır” sərlövhəli yazını diqqətinizə çatdırmışdım.

Bəyənənlər də oldu, bəyənməyənlər də. Sosial şəbəkələrdə fikirlərini aqressiv şəkildə bildirənlərlə təşəkkür edənlər arasında qaldım. Hətta məni qınayanlar belə oldu. Amma bir düşünün, azərbaycanlı jurnalistin futbolçu ilə nə dərdi ola bilər? Heç nə! Emreli “Qarabağ”ı tərk edəndən sonra haqqında onlarla yazı hazırlamışam. Özü, anası və atası ilə müsahibələr etmişəm. Menecerlərlə keçidi, müxtəlif vəkillərlə yaşadıqları haqda söhbətlər etmişəm. Bir azərbaycanlı olaraq, Mahirə faydam zərərimdən çoxdu. Təbii ki, bu mənim işimdi. Buna görə “Futbol+”dən qonorar almışam. Düşünürəm ki, bəzi məsələləri yerində və lazımi səviyyədə oxucuya çatdırmışam. Bu təkəbbür deyil, özümün işimə verdiyim dəyərdi.

Mətləb üstünə gəlirəm. Niyə yenə Mahir haqda? Cavab çox sadədi. Bazar günü Xorvatiya çempionatının 13-cü turunda “Dinamo” Zaqrebdə “Varazdin”lə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycanlı balası Mahir 90 dəqiqə ehtiyatda qalıb. Bu adam ölkənin son illərdə yetişdirdiyi ən yaxşı futbolçudu. Mədətov olanda da, Emreli olanda da onu Avropada görmək istəmişik. Tənqid etmişik, tərəfində durmuşuq. Səhvlərinin səbəbini özündən və Qurban Qurbanovdan soruşmuşuq. Amma özünün səhvlərini! “Legiya”ya gedəndən sonra Azərbaycan futbolu üç seqmentə bölündü: premyer-liqa klubları və avrokubok macəraları, milli komanda, ...Mahir Emreli xəbərləri! Gəlin etiraf edək ki, “Legiya”da parladığı dövrdə hamı onunla bağlı nəsə paylaşır, reytinq yığmaq istəyirdi. Sonra isə problemlər qabardıldı. Bundan da xal toplamaq istəyənlər oldu. “Futbol+” qəzeti, şəxsən mən belə halların baş verməsinə qarşıyıq. Biri haqda yazırıqsa, ulduz sayırıqsa, onun haqda məlumatları, doğru olan informasiyaları həmişə ictimaiyyətə çatdırmalıyıq. Nədi həqiqət? Görünün odu ki, Emreli Ante Çaçiçin “qara siyahısı”ndadı. Mən şəxsən inanmıram ki, “Legiya”da şou göstərən Mahir “Dinamo”nın heyətinə düşə bilməsin. Tutaq ki, ilk “11-lik”də oynamağa qadir deyil. Bəs sonradan niyə meydana çıxmır? Bir ay öncə milli Qazaxıstanla oynayanda meydana çıxandan sonra 3 qol vurmadıq? Mahir özünü yaxşı tərəfdən göstərmədi? Göstərdi! Bəs onun oynamamasının səbəbi nədi? Bunun cavabını tapmışam.

Ötən yazıda qeyd etmişdim ki, hansısa verilişdə Elnurə Emreli oğlunun “Dinamo”dakı durumunu dəyərləndirib. Bu məsələ ilə bağlı fakt əldə etmişəm. Təqdim etdiyim şəkildə Elnurə xanım, qardaşı Bəxtiyar bəy, Endo Osmani və Taqi T adlı şəxs sosial şəbəkələrin birində Mahirin durumu ilə bağlı müzakirələr edib, söhbətləşiblər. Bu da klub rəhbərliyinin və baş məşqçinin qulağına çatıb. Məhz bundan sonra Emreli Çaçinin “qara siyahı”sına düşüb.



Çox uzatmayacam. Yazıya başlayanda işlə bağlı fikirlərimi diqqətinizə çatdırdım. Bəli, hər kəs öz işi ilə məşğul olsa, yaxşı olardı. Təbii ki, oğlu ana qədər heç kim sevə bilməz. Amma ana da, sadəcə, analıq etsə, daha yaxşı olmaz? Nəyə lazımdı mediada açıqlamalar vermək, diqqəti üzərinə çəkmək? Bunlara da ok! Bəs menecerlik? Vallah, baş açmıram!

Bəlkə bu, Mahir Emrelinin ailəsi ilə bağlı son yazımdı. Amma mənə bir məqam maraqlıdı. Mahir Mədətov olan vaxtı da adı maqazin xəbərlərində hallanırdı. Məsələn, “Qalatasaray”a gedir”, “Sevilya” istəyir” tipli informasiyalar tirajlanırdı. Anar Mədətov hər dəfə eyni şeyi deyirdi: “Buna baş məşqçisi qərar verəcək. Ondan soruşun. Ən yaxşısını baş məşqçisi bilər”.

Məhz belə şeylərin sayəsində dağılan “Bakı”nın heyətindən “Qarabağ”a transfer olunan Mahir burda özünü göstərməyi bacardı. Təbii ki, hamı Anar Mədətovun danışıq, menecerlik qabiliyyətinə bələddi. O, niyə belə hoqqalara əl atmırdı? Bəlkə də Mədətovun Emreli olması insani-mənəvi cəhətdən sarsılmasına, futbolçu kimi karyerasının çöküşünə səbəb olub? Buna nəsə deyə bilmərəm. Bildiyim bir şey var ki, ata heç vaxt övladının pisliyini istəməz! Elə ana da!

Ümid yaxşı şeydi. Həmişə yaxşı hadisələrin baş verəcəyinə inanırsan. Bəzən ailə bütün ümidlərinin üstündən xətt çəkir. Elə Mahir Emrelinin həyatındakı kimi! İstedad var, bacarıq var! Sadəcə, ailədaxili məsələlər azərbaycanlı futbolçunun ümidlərini puç edir. Bunun əlacı Mahirin özündədi. “Dinamo”da oynamadığına görə pis olub Azərbaycana qayıtma, Mahir! Türklər demiş, kəndinə qayıt!

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

29-03-2022, 15:0

Mahir məşqlərə qayıtdı

Aktual / Manşet

21-03-2022, 18:0

"Onsuz da “Dinamo”ya hazır gəlməmişdi" - Xorvatiya mətbuatı

Dünya futbolu

21-07-2022, 11:0

Mahir Emreli bu görüşdə iştirak edəcək

Dünya futbolu

3-10-2022, 16:0

Mahir Emreli yenə zədələndi

Aktual
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
Son xəbərlər
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Dünən, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Dünən, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Dünən, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Dünən, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Dünən, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • 26-07-2026, 23:0
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • 26-07-2026, 23:0
    İngiltərə klubunu tərk etdi
  • 26-07-2026, 22:0
    FİFA-nın reytinq siyahısında lider oldu
  • 26-07-2026, 22:0
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • 26-07-2026, 21:0
    Mançesterdən Madridə yollandı
  • 26-07-2026, 21:0
    İngiltərədə iş yerini dəyişə bilər
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 161
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 108
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 90
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə