Zaqreb "Dinamo"sunda çıxış edən millimizin üzvü Mahir Emreli yaşıl meydanlara qayıtmağa hazırlaşır.
"Football-plus.az" Xorvatiya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu Xorvatiya çempionatının 2-ci turunda keçiriləcək "Slaven Belupo" ilə matçda oynaya biləcək.
Xatırladaq ki, M.Emreli zədə səbəbindən Xorvatiya Superkubokunu, Xorvatiya çempionatının ilk oyununu və Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk görüşünü buraxıb.
Qeyd edək ki, iyulun 23-ü keçiriləcək "Sloven Belupo" - "Dinamo" qarşılaşması Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.