Oliver Kan iki futbolçunun adının “Bavariya” ilə birgə hallanmasına münasibətini bildirib.
Almaniya klubunun baş direktoru Kriştiano Ronaldo ilə Cud Belingem haqda yayılan iddialara belə reaksiya verib:
“Bu yay Ronaldonun “Bavariya”ya keçmə ehtimalını qısaca müzakirə etmişdik. Yəqin ki, Dortmundda da eyni ehtimalla bağlı söhbət olub. Təbii ki, Kriştiano kimi superulduzlar liqaya diqqəti cəlb edən mühüm amildi. O, son onilliyin ən böyük oyunçularından biridi. Lakin biz onu transfer etmək fikrindən tez daşınmışdıq. Bellingem? Əlbəttə, Cud mənim üçün əla oyunçudu, lakin biz onun mövqeyində Yosua Kimmix, Leon Qoretska, Marsel Zabitser və Rayan Qravenberx ilə yaxşı təchiz olunmuşuq. Buna görə də bu transfer barədə düşünmürük”.