"Qarabağ" "Vestri"ni iyulun 9-da qəbul edəcək

23.06.2026 00:20 19
Avrokuboklar
Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Vestri” (İslandiya) oyunlarının başlama saatları müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, komandalar arasında ilk görüş iyulun 9-da Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matç saat 20.00-da başlayacaq.

Cavab qarşılaşması isə iyulun 16-da İslandiyanın paytaxtı Reykyavikdə yerləşən “Valbjarnarvöllur stadionunda təşkil olunacaq. Görüş yerli vaxtla saat 20.00-da (Bakı vaxtı ilə 17 iyul, saat 00.00-da) start götürəcək.