Kriştiano Ronaldonun bu yay “Bavariya”ya mümkün keçidi ilə bağlı xəbərlər əsassızdı.
Bu fikri Almaniya klubunun idman direktoru Hasan Salihamiciç səsləndirib. “Bavariya”nın Robert Levandovski klubdan ayrılacağı halda Ronaldonu transfer edə biləcəyi iddia edilir. Lakin Salihamiciç “Mançester Yunayted”in hücumçusunun mümkün transferinə belə münasibət bildirib: “Kriştiano Ronaldo möhtəşəm karyerası olan ən yaxşı futbolçudu. Ancaq son şayiələr doğru deyil”.