"Zirə" "Qarabağ"la eyni gündə oynamayacaq

23.06.2026 00:15 27
Avrokuboklar
Konfrans Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Torpedo” (Kutaisi, Gürcüstan) oyunlarının başlama saatları müəyyənləşib.

"Football-plus.az" bu haqda UEFA-nın saytına istinadən xəbər verir. Komandalar arasında ilk görüş iyulun 8-də Sumqayıt şəhər stadionunda keçiriləcək. Qarşılaşma saat 20.00-da başlayacaq.

Cavab matçı isə iyulun 16-da Kutaisidəki Ramaz Şengelia stadionunda oynanılacaq. Görüş Bakı vaxtı ilə saat 20.00-da start götürəcək.

Yarışa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən qoşulacaq digər təmsilçimiz “Neftçi”nin oyunlarının vaxtı isə hələ elan edilməyib.