“Mançester Yunayted”i tərk etmək istəyən Kriştiano Ronaldonun hətta “Barselona”da oynamağa hazır olması ilə bağlı xəbər yayılıb.
Football-plus.az xəbər verir ki, İspaniya klubunun prezidenti Xuan Laporta ulduz futbolçunun agenti Jorje Mendeşlə onun müştərisinin mümkün transferi ilə bağlı danışıq apardıqları haqda iddiaya münasibətini bildirib:
“Ronaldonun bizə təklif edildiyi doğrudu? Bu cür hekayələr yay mövsümündə qeyri-adi deyil. Amma həqiqət budu ki, biz Levandovskini istəyirdik. Mendeşlə çox yaxşı münasibətimiz var. Mən onu çoxdan tanıyıram. O, futbolda ən yaxşı agentlərdən biridi və işini necə görəcəyini bilir. Bu işdə uğurumuz üçün onun həlledici olduğunu anlayaraq diqqətimizi Levandovski üzərində cəmlədik. “Bavariya” ilə danışıqlarımız real idi. Haqqında soruşduğunuz digər mövzu isə futbolun kiçik bir hissəsidi. Gözəl hekayədi, lakin bu cür hekayələr haqqında həmişə bir çox ziddiyyətli xəbərlər olur. Heç Ronaldo haqqında düşünmüşük? Bizdə artıq Levandovski var. O, bizim əsas hədəfimiz idi və mən əlavə şərh verməməyi üstün tuturdum. Ronaldo əla peşəkardı və o, hələ də yaxşı formadadı. Əminəm ki, onun çoxlu variantı var, amma hələ də “Mançester Yunayted”in oyunçusudu. “Mançester Yunayted” çox hörmət etdiyim klubdu. Ronaldonun gələcəyi isə məni maraqlandırmır. Bu, klubun və Kriştianonun məsələsidi”.