Buntiç "Qarabağ"ı Portuqaliya klubuna dəyişdi

23.06.2026 10:19
Dünya futbolu
“Qarabağ”dan ayrılan Fabian Buntiçin yeni klubu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, xorvatiyalı qapıçı Portuqaliyanın 2-ci liqa təmsilçisi “Farense”yə transfer olunub.

“Farense” yeni transferini azarkeşlərə təqdim edərək, “Xoş gəldin, Buntiç!” mesajını paylaşıb.

Buntiç 2024-cü ildə Almaniyanın “İnqolştadt” klubundan “Qarabağ”a transfer olunmuşdu.