"Zirə"nin sabiq məşqçisi Eltun Yaqublu yenidən bu klubda çalışacaq.
"Football-plus.az" xəbər verir ki, o, "Zirə"nin yeni yaradılan Skautinq Departamentinin rəhbəri və seleksiyaçı məşqçisi vəzifəsinə təyin edilib.
Mütəxəssislə 2 illik müqavilə bağlanıb.
Yaqublu 2020-25-ci illərdə "Zirə"də məşqçi kimi fəaliyyət göstərib.