Antuan Qrizmannın aqibəti müəyyənləşib: “Atletiko” “Barselona”dan icarəyə götürdüyü futbolçunu birdəfəlik transfer edib.
Madrid klubunun rəsmi saytının məlumatına görə, 31 yaşlı hücumçu ilə müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb. “Atletiko” bu keçidə görə 20 milyon avro təzminat ödəyəcək. Müqavilədə Antuanın “Barselona”ya 4 milyon avro bonus qazandıra biləcəyi də qeyd olunub.
Qrizmann “Atletiko”da icarə əsasında 2021-ci ilin yayından oynayır. O, 2014-19-cu illərdə də bu komandanın formasını daşıyıb. Fransalı dünya çempionu 2019-cu ildə 120 milyon avroya “Barselona”ya transfer olunmuşdu. Qrizmann bu mövsüm “Atletiko”nun heyətində 11 matçda meydana çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.