“Beşiktaş”dan ayrılan Adem Lyaiçin yeni klubu bəlli olub. 30 yaşlı yarımmüdafiəçi karyerasını yenə Türkiyədə davam etdirəcək. Serbiyalı "Fatih Karagümrük"ə keçib. Futbolçu ilə yanvar ayından qüvvəyə minəcək 1,5 illik müqavilə imzalanıb.