Milli komandamız Türkiyədə “meydan sulayır”

21.06.2022 11:46 372
İdman
Milli komandamız Türkiyədə “meydan sulayır” Basketbol üzrə U-18 yığmamızın Türkiyənin İstanbul şəhərindəki təlim-məşq toplanışı davam edir.

“Football-plus.az” saytının məlumatına görə, Avropa çempionatına hazırlaşan komanda növbəti yoxlama görüşünə çıxıb. “Kadıköy CSKA” ilə qarşılaşan U-18 qələbəyə sevinib – 73:68. Millinin ən məhsuldar basketbolçusu 21 xalla Əli Həsənov olub. Hüseyn Qasımov 15 xal, Səid İsmayılov 13 assistlə yadda qalıb.

Qeyd edək ki, U-18 bundan öncə “Darruşafaka”nın U-18 komandasına 68:61, “Dostluk”a 90:74 hesabı ilə qalib gəlmişdi.