• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

39 yaşlı niderlandlı Dünya çempionatında oynaya bilər

Dünya futbolu

27-09-2022, 10:0

Lui van Qal Millətlər Liqasının qrup mərhələsinin Polşa və Belçika ilə oyunlarına üç yeni oyunçu çağırıb.

Niderland yığmasının mümkün debütantları arasında saçı ağarmış Remko Pasveer diqqəti xüsusilə cəlb edir. Zarafat deyil, artıq milli formada ilk matçını keçirən “Ayaks”ın qapıçısı noyabrın 8-də 39 yaşını tamamlayacaq...

Aydın məsələdi ki, o, milli komandaya dəvət almaq üçün çox uzun yol qət etməli olub. Remko 2006-cı ildə 22 yaşında olarkən gənclər arasında Avropa çempionatında 4 qolla turnirin ən yaxşı bombardiri olan Klaas-Yan Huntelaarla birlikdə qalib adını qazanıb. Bu hadisənin nə qədər uzaq keçmişdə baş verdiyini anlamaq üçün bu faktı qeyd etmək kifayətdi: həmin qitə birinciliyində Pasveerin 22 oyundaşından 18-i artıq karyerasını başa vurub. Yeri gəlmişkən, AÇ-2006-da Luiş Nani, Raul Meyreleş, Corco Kyellini, Daniel Agger, Branislav İvanoviç, Miloş Krasiç, Bakari Sanya, Yoann Qyurkuff, Matye Flamini, Artyom Milevski, Dmitri Çiqrinski və Aleksandr Əliyev kimi az-çox tanınan futbolçular da iştirak ediblər. Karyerası daha uzun müddət şəkən qapıçılardan isə Stiv Mandanda ilə Andrey Pyatovu xatırlatmaq olar.

38 yaşlı Pyatov bu yay Ukrayna yığmasındakı 16 illik çıxışını başa vurubsa, Pasveer üçün beynəlxalq macəra hələ yeni başlayır. A liqasının 4-cü qrupunda ilk 4 oyundan sonra liderlik edən Niderland yığması Polşa və Belçika ilə son matçlarda gələn ilin iyununa təyin olan “Dördlər finalı”na vəsiqə qazanmağa çalışacaq. Amma Remko üçün karyerasının qürub çağında dünya çempionatında oynamaq imkanı daha cəlbedici görünür. O, məhz indi ilin sonunda Qətərə yollanacaq vaqona atılmaq şansı qazanıb.

Van Qal hazırkı toplanışın mundiala aparacağı heyətin seçilməsi baxımından vacib olacağını bildirib:

“Bu dəfəki siyahıya bir neçə yeni oyunçu cəlb etmişik. Millətlər Liqasındakı həlledici matçların dünya çempionatında iştirak edəcək futbolçuların yekun siyahısının tərtibi üçün təsiri çox olacaq. Komandaya çağırılanlar məhz son oyunlarda nəyə qadir olduqlarını göstərməlidilər. Böyük turnirə hazırlıq üçün qalan vaxt çox qısadı. Bu səbəbdən məhdud imkanımdan maksimum istifadə etməliyəm. Hazırkı toplanışdan sonra noyabrın 14-nə qədər bir araya gəlmək şansımız olmayacaq. Noyabrın 21-də isə dünya çempionatında ilk oyunumuzu keçirəcəyik”.


Pasveer karyerasını bütünlüklə vətənində keçirib, “Tvente”, “Herakles”, “Qou Ehed İqls”, PSV, “Vitess” və “Ayaks”ın qapısını qoruyub. PSV ilə iki çempionluq qazanıb, amma bu komandada ehtiyat qapıçı statusunu daşıyıb. Ona hətta “Vitess”də Leonid Slutski də tam etimad göstərməyib. Rusiyalı mütəxəssis əvvəlcə yaşca Remkodan da böyük olan Eduardoya üstünlük verib. Ancaq Niderlandda işlədiyi ikinci mövsümdə Pasveerə əsas heyətdə şans verib. O isə Slutski istefaya göndərilməzdən əvvəl 3 matçda 2 dəfə assistentlik edib (amma onun bu məharəti komandanın məğlubiyyət seriyasına son qoymayıb).

Nəhayət, ötən ilin yayında bəxt Remkonun üzünə güldü. “Ayaks” onu təmənnasız sıralarına qatdı. Ölkə nəhəngi dopinqdən istifadə etdiyi üçün ağır cəzalanan əsas qapıçısı Andre Onananın yerinə təcrübəli əlcək sahibinə ehtiyac duydu. Amma amsterdamlılarda debüt faciəvi alındı: Remkonun yeni komandadakı ilk oyunu ölkə superkuboku uğrunda PSV ilə matça təsadüf etdi və o, sabiq komandasından 4 cavabsız top buraxdı. Buna baxmayarq, start heyətində oynamalı oldu. Ona görə ki, Marten Stekelenburq zədə aldı. Taleyin gərdişindən Pasveer Erik ten Haqın versiyasına əsasən Niderlandın ən yaxşı qapıçısına çevrildi.

Necə? Ötən mövsümün ilk 12 turunda qapısında yalnız 2 top gördü. Bu isə erediviziyanın yeni rekordu oldu. Yekunda ölkə çempionatında iştirak etdiyi 20 oyunda yalnız 4 top buraxdı. Və karyerasında 3-cü dəfə Niderland çempionu adını qazandı. Remko 2021-ci ilin oktyabrında bir oyunda Erlinq Holannın 3 zərbəsini dəf edən ilk qapıçı oldu. Nəticədə “Ayaks” Çempionlar Liqasının (ÇL) qrup mərhələsində Dortmund “Borussiya”sını 4 cavabsız qolla məğlub etdi. Bir neçə gündən sonra erediviziyada PSV də darmadağın edildi – 5:0! Amma Remkonun bəxti mövsümün sonuna yaxın gətirmədi: barmağı qırılan futbolçu yerini Onanaya verməli oldu.

Yayda bir sıra aparıcı oyunçularını satan “Ayaks” cari mövsümə əla başlayıb. Son çempion erediviziyanın ilk 6 oyununda qalib gəlib. Pasveer bu oyunlardan dördündə qapısını toxunulmaz saxlayıb. Paytaxt komandası yalnız son turda büdrəyib. “Alkmaar”a 1:2 hesablı məğlubiyyət amsterdamlıların indi liderliyi PSV ilə bölüşməsini qaçılmaz edib. ÇL-in qrup mərhələsinə “Reyncers”i darmadağın etməklə (4:0) başlayan Remkonun komandası növbəti oyunda “Liverpul”a son dəqiqələrdə buraxılan qolla uduzub – 1:2. Qəhrəmanımızın İngiltərədəki matçda 7 dəfə seyv etdiyini xüsusi vurğulayaq.

Milli komandaya ilk çağırış onun haqqı sayılmalıdı. Axı Pasveer artıq çoxdandı narıncı formada görünməyən Aryen Robben ilə Uesli Sneyderdən yaşca böyükdü…

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

15-03-2022, 17:0

Huntelaar yenidən “Ayaks”da

Dünya futbolu

26-04-2022, 12:0

Kyellini millidəki karyerasını başa vuracaq

Aktual
Bir futbolçu qayıtdı, digəri 7 aylığa sıradan çıxdı - “Zirə”dən xəbər var!
“Sabah”ın qrupa düşməsi su içmək qədər asandı! – yalnız bir şərt var
"Hər il dəyişikliyin olması bizi boğaza yığıb" - "Xəmsə" Azər Bağırovun göndərilməsinə qarşıdı!
“Hesab 3:0 olsa belə, düşünürəm ki, daha iki qol vura bilərdik” – İmad Faraj
"Sabah" - "Zirə" matçından ortaq yayın olacaq? - PFL rəsmisi açıqladı
7 dəqiq ötürmə, sarı vərəqə, qapıya 0 zərbə - Mahir daha nə etdi?
Son xəbərlər
  • Dünən, 23:59
    Əziz Yıldırımın sabiq sağ əli onun rəqibinə dəstək verdi
  • Dünən, 23:37
    ''Barsa'' üçün ''El Klasiko'' qızılı rəngə büründü
  • Dünən, 23:00
    FİFA-da prezident seçkisi nə vaxt keçiriləcək?
  • Dünən, 22:29
    Əziz Yıldırımın rəqibi ''Milan''ın ulduzunu ''Fənər''ə gətirmək istəyir
  • Dünən, 22:00
    Bir futbolçu qayıtdı, digəri 7 aylığa sıradan çıxdı - “Zirə”dən xəbər var!
  • Dünən, 21:28
    11 ildən sonra “Çelsi”yə qayıda bilər
  • Dünən, 20:58
    “Sabah”ın qrupa düşməsi su içmək qədər asandı! – yalnız bir şərt var
  • Dünən, 20:22
    Kristensen gedir
  • Dünən, 19:57
    Güləşçilərimiz AÇ-nin finalında
  • Dünən, 19:43
    ''Şaxtyor'' çempion oldu, Arda Turan tarixə düşdü
  • Dünən, 19:06
    "Hər il dəyişikliyin olması bizi boğaza yığıb" - "Xəmsə" Azər Bağırovun göndərilməsinə qarşıdı!
  • Dünən, 18:59
    Ferstappenin atası yaxşı qurtardı
  • Dünən, 18:10
    "Sabah" "Neftçi" ilə oyunda mükafatlandırılacaq - RƏSMİ
  • Dünən, 17:42
    "Sabah" - "Neftçi" oyununun vaxtı açıqlandı - 32-ci turun cədvəli
  • Dünən, 17:37
    Serrano premyer-liqada 100-ə çatan ikinci ispaniyalıdı
  • Dünən, 17:23
    Adetokunbo Messi ilə Ronaldonu müqayisə etdi
  • Dünən, 16:47
    12 saat timsahlar arasında üzdü!
  • Dünən, 16:21
    “Hesab 3:0 olsa belə, düşünürəm ki, daha iki qol vura bilərdik” – İmad Faraj
  • Dünən, 15:51
    Rokki hakimlərin işinə necə müdaxilə edib? - “İnter”in heç bir rəhbərinin istintaqa cəlb olunmadığı vurğulanır
  • Dünən, 15:37
    İki güləşçimiz AÇ-nin yarımfinalında
  • Dünən, 15:16
    Mövsümdə 2-ci dəfə...
  • Dünən, 14:49
    "Sabah" - "Zirə" matçından ortaq yayın olacaq? - PFL rəsmisi açıqladı
  • Dünən, 14:26
    Millimiz Gürcüstana uduzdu
  • Dünən, 14:18
    Rəhim Sadixov 200-ə çatdı
  • Dünən, 13:47
    Nəriman 11 dəqiqə oynadı, komandası darmadağın oldu
  • Dünən, 13:30
    7 dəqiq ötürmə, sarı vərəqə, qapıya 0 zərbə - Mahir daha nə etdi?
  • Dünən, 12:59
    İki ildən sonra A seriyasına qayıtdılar
  • Dünən, 12:30
    İlkin siyahıya düşsə də, DÇ-2026-da oynayacağı dəqiq deyil
  • Dünən, 12:00
    Son 35 ilin ən pis göstəricisi
  • Dünən, 11:29
    ''Fənərbaxça'' çempion oldu
  • Dünən, 11:00
    Elvinlə Abbasdan yeni xəbər - Maksim Medvedev onlardan şikayətçi oldu?
  • Dünən, 10:31
    "Sabah" - "Zirə" finalına son iki gün - 6500-ə yaxın bilet satıldı
  • Dünən, 10:00
    Yayda meydanı tərk edəcək
  • Dünən, 01:02
    “Barselona” 29-cu dəfə çempion oldu
  • 10-05-2026, 23:0
    Üç açılış mərasimi keçiriləcək
Daha çox
Oxunub: 226
Elvinlə Abbasdan yeni xəbər - Maksim Medvedev onlardan şikayətçi oldu?
Oxunub: 221
“Trabzonspor” Azərbaycana gəlir?
Oxunub: 187
“Zirə” avrokuboklara düşməsə, Rəşad Sadıqov istefaya göndəriləcək!
Oxunub: 180
“İmişli”dən şad xəbər gəldi – İmişlidə stadion tikiləcək!
Oxunub: 179
“İstəmirəm ki, “Səbail” də mənim günümə düşsün” - Güləli Bağırov otel müdiri ilə əlbəyaxa dalaşıb!
Oxunub: 170
“Sabah” çempion oldu, yalnız iki klub təbrik etdi 
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə