"Yuventus"un futbolçusu Corco Kyellini İtaliya millisindəki karyerasını başa vuracaq.
Bu barədə 37 yaşlı müdafiəçi İtaliya A seriyasının 34-cü turunda "Sassuolo"ya 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra bildirib. iyunun 1-də Argentinaya qarşı keçirəcəyi yoxlama görüşünün millidəki son oyunu olacağını deyən futbolçu, klubdakı karyerasını isə davam etdirəcək.
Qeyd edək ki, Kyellini 2004-cü ildən İtaliya millisində oynayır. O, yığma ilə Avro-2020-nin qalibi olub.