"El-Klasiko" bu tarixdə keçiriləcək

27.09.2022 10:49 589
Dünya futbolu
İspaniya La Liqasının “Real” – “Barselona” matçının vaxtı dəqiqləşib.

Football-plus.az xəbər verir ki, 9-cu tura təsadüf edəcək “El-Klasiko” oktyabrın 16-da keçiriləcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 18.15-də Madriddəki “Santyaqo Bernabeu”da baş tutacaq.

Qeyd edək ki, 6 turdan sonra “Real” 18 xalla birinci, “Barselona” 16 xalla ikincidi.