• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İlk 15 dəqiqəyə qurban gedən 75 dəqiqə - YAZI

Yazarlar / Avropa Liqası

11-09-2022, 17:0

Cəmi 15 dəqiqə “Qarabağ”ın “Fraybuq”la görüşün nəticəsini həll etdi.

İndiyə qədər bizim futbolçuların gücünü düzgün bölüşdürməməsindən, oyunun sonlarında fiziki cəhətdən çatdırmamasından çox şikayətlənmişik. Xüsusən də millinin matçlarında bu problem özünü aşkar göstərir. Bəzən bizə elə gəlir ki, bizimkilər adlı-sanlı rəqiblə başabaş oynayır, görüşün nəticəsinin yaxşı olacağına ümidlənməyə başlayırıq. Bir də görürük ki, 70-ci dəqiqənin tamamında qapımıza doğru sıxılmağa başlamışıq, topu meydanın özümüzə aid hissəsində ora-bura vururuq. Dəqiqələr irəlilədikcə həyəcanımız artır. Çünki bu həyəcanın dozasına uyğun qapımız qarşısında yaranan təhlükəli vəziyyətlər də bir-birini əvəz edir. Birində dirək xilas edir, o biri epizodda qapıçımız xilaskar rolunu oynayır. Daha bir epizodda rəqibin hücumçusu qeyri-dəqiq oynayır, çox keçmir ki, top toru silkələyir. Belə ssenarilərə dəfələrlə şahidlik etmişik. Sonra da məşqçilər mikrofon önünə keçir, yaxşı oynadığımızı, sərfəli nəticə üçün bir qədər çadırmadığımızı deyir. Məlumdu ki, həmin məqamda fiziki hazırlığımız rəqibdən zəif olur. Rəqib də bilir ki, biz sona qədər onun təklif etdiyi tempə davam gətirməyəcəyik. Ona görə də tələsmir, zamanlarını gözləyirlər.

“Fraybuq” – “Qarabağ” qarşılaşmasında isə əksinə oldu. “Qarabağ” fiziki cəhətdən əla vəziyyətdə idi. Hətta rəqibini üstələməyi də bacarırdı. Sadəcə, ilk 15 dəqiqədə nə psixoloji, nə də fiziki təzyiqə davam gətirə bildik. Bunun üzərinə hakimin üzgörənliyi, ənənəvi ikili standartlar da əlavə olundu. Nəticədə qısa müddətdə qapımızdan iki top buraxdıq. Toral Bayramovun xətrinə dəymək istəmirəm, yaxşı futbolçudu. Zaman-zaman bizi sevindirməyi, istedadını ortaya qoymağı bacarıb. Amma bu mövsüm bir neçə həlledici məqam var ki, onun fərdi səhvləri “Qarabağ”ın qapısına vurulan qolla nəticələnib. Bəli, cinah müdafiəçisi olmaq çətindi. Sol cinah isə Azərbaycan futbolunda ən problemli yerlərdən biridi. Rəqib səni keçib qapıçıyla üzbəüz də qala bilər, qapı qarşısına məhsuldar ötürmə də verər. Ona bir ehtiyatsız toxunuşun penaltiyə səbəb olar. Bütün belə hallar da Toralın başına gəlir. Müəyyən məqamlar olur ki, rəqibini qarşılamağı, topu təhlükəsiz zonaya uzaqlaşdırmağı yaxşı bacarmır. Almaniyadakı oyunda da “Qarabağ”ın qəzası Toraldan gəldi. Penalti epizodunu belçikalı baş hakim Erik Lambrextsin olmayan vicdanına yazdıq. Oyunun sonrakı axarı göstərdi ki, heç də haqsız deyildik. Həlledici məqamlarda “Qarabağ”ın əleyhinə irili-xırdalı bir neçə səhv qərar verildi.

Bütün bunları dəfələrlə görmüşük. “Qarabağ”ın müdafiəsindəki fərdi səhvləri də, hakimlərin bilərəkdən, ya bilməyərəkdən “köhlən atlar”ın qəbirqazanı rolunu oynadığını da. Görə-görə öyrənirik, bərkiyirik, mətinləşirik. Bizdən də daha artığını “Qarabağ” görüb-götürür. Qurban Qurbanovun komandasının Almaniya bundesliqasının liderinə qarşı sərgilədiyi oyun bunun əyani sübutudu. Bəli, uduzmuşuq, səfərdən xalsız qayıdırıq. Nə desək də, nə yazsaq da, bu acı həqiqəti dəyişə bilmərik. Amma ortada nə faciəvi oyun var, nə də nəticə. Niyə həyəcanlanırıq, yersiz təşvişə düşürük? “Qarabağ”ın uduzduğu hesab da, sərgilədiyi oyun da gələcəyə ümidlə baxmağa, Avropa Liqasının qrupunda nələrəsə ümid etməyə imkan verir. “Qarabağ” oyunun ilk 15 dəqiqəsində “Frayburq”a uduzdu. Cəmi 15 dəqiqə zəif göründü, qapının toxunulmazlığının qayğısına qala, rəqibə həyəcanlı anlar yaşada bilmədi. Qalan 75 dəqiqədə isə başabaş da oynadıq, rəqibdən üstün də göründük.
Elə həmin o 75 dəqiqə bizi ümidləndirməlidi. Sosial şəbəkələrdə və bəzi dostlarımız arasında belə bir tendensiya yaranıb. İddia edirlər ki, “Qarabağ” uduzanda da onu tənqid etmirik, onların təbirincə desəm, yıxıb-sürümürük. Əfəndilər, bir az soyuqqanlı və obyektiv olaq. Qışda qarın yağması, yayda günəşin çıxması nə qədər təbii hadisədisə, Azərbaycanı təmsil edən bir komandanın Almaniya təmsilçisiylə Avropa Liqasının qrupunda keçirilən oyunda çətinlik çəkməsi də, məğlub olması da o qədər təbiidi. Mən minimalist adam deyiləm. Amma hadisələrə daha obyektiv baxmağa çalışıram. “Qarabağ” hər nə qədər 9 illik qrup mərhələsi təcrübəsinə malik olsa da, bundesliqa komandası deyil, heyətində almanlar oynamır. Məğlubiyyət onda faciə olardı ki, avrokubokların ilk təsnifat mərhələsində uduzar, mövsümü boşa verərdik. İndi isə utanmalı, faciəyə çevirməli heç nə baş verməyib. Qrupun ən güclüsünə qarşı səfərdə oynamışıq. İrəlidə hələ 5 oyun var. Bu qarşılaşmalar həm də yeni tarix yazmaq üçün əla fürsət deməkdi. Həmin görüşlərdən üçü Bakıda olacaq. Siz də tribunada yerinizi alıb, “Qarabağ”a dəstək verməklə prosesdə iştirək edə bilərsiz. Üzülməyin!

AMAL

Paylaş:
Digər xəbərlər

Manşet / Çempionlar Liqası

28-07-2022, 00:0

"Futbolçularımı döyüşçü adlandırıram" - Qurban Qurbanov

Avropa Liqası

9-09-2022, 01:0

"Bacardığımız qədər irəli getməyə çalışacağıq" - Qurban Qurbanov

Premyer-liqa

16-04-2022, 20:0

"Son dəqiqələr həyəcanlı alındı" - Aftandil Hacıyev

Ölkə kuboku / Manşet

27-05-2022, 13:0

Tərlan Əhmədov: “Fikrimcə, Rəşad Sadıqov komandanı hələ istədiyi kimi formalaşdıra bilməyib” - AÇIQLAMA

Aktual
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
"Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
Son xəbərlər
  • Bu gün, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Bu gün, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Dünən, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Dünən, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Dünən, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Dünən, 09:09
    Millimiz 1/4 finalda - AÇ
  • 1-06-2026, 23:0
    Millimiz Niderlanda uduzdu - Dünya Kuboku
Daha çox
Oxunub: 405
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 181
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 163
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə