• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rəqibi gözündə böyütdünsə, uduzacaqsan! - YAZI

Yazarlar / Avropa Liqası

11-09-2022, 16:0

Əlbəttə, belçikalı hakim bir az daha artıq dərəcədə obyektiv olub Zubirin yerdə qaldığı epizodda penalti təyin etsəydi, bununla da oyunun əvvəlindəki sərt qərara görə günahını yusaydı, hesab bərabərləşər, biz indi oyunun ədalətli hesabla bitdiyi haqda danışardıq.

Ya dünyanı və Avropanı çoxdan ağuşuna alan ikili standartların təsiri altında, ya bu komandaların təmsil etdiyi ölkələrin futboldakı çəkisinə görə istədiyimiz qərarı vermədi. Bununla da ilk yarıda rəqibin, ikincidə “Qarabağ”ın üstün olduğu oyun istəmədiyimiz hesabla bitdi. Amma mən bu gün hakimin qərarını müzakirəyə çıxarmayacam. İlk növbədə ona görə ki, Lambrextsin idarəçiliyini məğlubiyyətin əsas səbəbi saymıram. İkincisi, onsuz da hakimliklə bağlı nə deyilir-deyilsin, nəticə dəyişməyəcək. Sadəcə, indi söyləyəcəyim fikirlərin futbolçuların təfəkkürünə, işə münasibətinə, psixoloji hazırlığına təsir edə biləcəyini güman edirəm.

Düzünü deyim ki, Qurban Qurbanovun oyunöncəsi mətbuat konfransında dediyi “bizdə belə matçlarda istər-istəməz həyəcan” olur ifadəsi qətiyyən xoşuma gəlmədi. Hətta düşündüm ki, baş məşqçi belə danışırsa, futbolçuları mübarizəyə kökləmək çətin olacaq. Diqqət yetirin, söhbət avrokuboklarda 151-ci oyuna çıxan “Qarabağ”ın futbolçularından gedir. O futbolçular ki, nəinki avrokuboklarda, hətta yığmanın heyətində də dünya və Avropa çempionatlarının seçmə turnirlərində yüzlərlə oyun keçiriblər. “Frayburq” isə buna qədər ümumilikdə avrokuboklarda 4 dəfə çıxış etmiş və cəmi 16 oyun keçirmişdi.

Rəqib bundesliqanın lideri olduğuna görə Qurban bəy bəlkə də yetirmələrinin ruhunu, cismini həyəcan saracağını düşünmüşdü. Ancaq hər kəs bilir ki, “Frayburq”in indiki liderliyi təsadüfdü, hadisələrin xoş axarının nəticəsidi, tezliklə daşlar öz yerini alacaq. Hətta bir qədər risk edib deyərdim ki, “Qarabağ”ın qrupdakı rəqibi sonda heç ilk “4-lük”də də olmayacaq.

Gəlin, bir gerçəyi özümüz üçün yəqin edək və ona tapınaq. Bəli, Azərbaycan çempionu – istər “Qarabağ” olsun, istərsə başqası - bu gün “böyük beşlik” ölkələrinin “Real”, “Barselona”, “Liverpul”, “Mançester Siti”, “Yuventus”, “Milan”, “Bavariya”, PSJ kimi nəhənglərinə müqavimət göstərə bilməz. Amma bütün başqa komandalarla layiqincə oynaya bilərik və oynamalıyıq da. Elə bu “Qarabağ”, “Qəbələ” zamanında “böyük beşlik” klublarına qarşı oynamağın mümkünlüyünü göstərib. Bəs onda niyə hər püşkatmadan sonra rəqibləri gözümüzdə böyüdür, həyəcan yaşayır, qarınağrısına düşür və sonda da srağagünkü kimi acınacaqlı məğlubiyyətlə üzləşirik? Bunun adı yalnız və yalnız kiçiklik kompleksidi. Ardıcıl 9 dəfə avrokubokların qrupunda oynayan komandanın aşa biləyəcəyi dağ yoxdu. Amma ilk 20 dəqiqədə nə gördük? Artıq neçənci oyundu Toral Bayramlı meydana panika içində çıxır, hərəkətlərini nizamlaya bilmir, mövqeyi də elədi ki, hər səhv komandaya baha başa gəlir. Nədənsə mən Toralı Cahangir Həsənzadəyə bənzədirəm. Bu qapıçı da istər klub, istərsə yığma formasında meydana çıxanda sifətində insan əzabının son həddi canlanırdı, bəzən adama elə gəlirdi ki, onun üçün oyun başlamamış bitib. Çox təəssüf ki, mən bu gün eyni əzabı, həyəcanı, nigarançılığı Toralla yanaşı, bir neçə başqa oyunçuda da görürəm. Bu çatışmazlığı və kompleksi ilk növbədə baş məşqçi aradan qaldırmalıdı. Özü də nə qədər tez olsa, bir o qədər yaxşıdı. Axı cəmi 5 gün sonra ağdamlıları növbəti qrup oyunu gözləyir. Bu dəfə evdə, çox güman, dolu tribunalar önündə. “Nant”ın Fransa təmsilçisi olması futbolçularımızı qətiyyən qorxutmamalıdı. Hazırda turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıblar, Avroliqanın qrupuna da yalnız ölkə kubokunu qazanmaqla düşüblər. Bax, “Frayburq”dan fərqli lider deyillər. Sən Allah, qorxmayın, çəkinməyin, rəqibi gözünüzdə böyütməyin. Böyütsəz, uduzacaqsız. Uduzsaz, avrokubok macəranız erkən bitəcək. Srağagün istənilən rəqibə qarşı oynamağı bacardığınızı göstərdiz. “Nant” isə “Frayburq”dan zəifdi ki, güclü deyil. Deməli...

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

10-09-2022, 17:0

“Qarabağ” bu qrupdan çıxacaq, yetər ki, hakim səhvləri olmasın

Aktual
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
Son xəbərlər
  • Bu gün, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Bu gün, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Bu gün, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Bu gün, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Bu gün, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Dünən, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Dünən, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
Daha çox
Oxunub: 405
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 184
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 163
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə