• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Tərlan Əhmədov: “Fikrimcə, Rəşad Sadıqov komandanı hələ istədiyi kimi formalaşdıra bilməyib” - AÇIQLAMA

Ölkə kuboku / Manşet

27-05-2022, 13:0

“Final həmişə həyəcanlı olur. İstər liderlər, istərsə də autsayderlə lider üz-üzə gəlsin - heç bir fərqi yoxdu. Bir matçdan ibarətdi deyə, hər iki tərəf daha yaxşı köklənir. Hər futbolçu da hər şeyə cəmi bir dueldə aydınlıq gələcəyini yaxşı anlayır”.


Bu sözləri “Futbol+”ə açıqlamasında Tərlan Əhmədov deyib. Təcrübəli mütəxəssis bu gün keçiriləcək Azərbaycan kubokunun finalı haqda fikirlərini bildirib. Tərlan bəy “Qarabağ”ın görüşün favoriti olduğunu bildirib:

“Qarabağ” premyer-liqanın çempionu oldu, “Zirə” isə 3-cü yeri tutdu. Hər iki klub, matçın nəticəsindən aslı olmayaraq, avrokuboklarda iştirak edə biləcək. Məncə, bu görüşdə şanslar bərabərdi. Təbii ki, “Qarabağ”ı üstün saya bilərik. “Köhlən atlar”ı oturuşmuş heyəti, yüksək büdcəsi, futbolçuların səviyyəsi və fərdi bacarığı, oyun üslubu, çempionatın bombardiri Kadinin heyətdə yer alması da favorit edir. Demək olar ki, çempionatı da birnəfəsə, rahat başa vurdular. “Zirə” isə premyer-liqada bir az qeyri-sabit çıxış etdi. Baxmayaraq ki, bürünc medalçı oldular. Amma daha yaxşı oyun sərgiləyə bilərdilər. Yeni cəlb olunan futbolçular da özlərini istənilən kimi göstərə bilmədilər. Komanda yeni olduğundan, fikrimcə, Rəşad Sadıqov hələ istədiyi kimi formalaşdıra bilməyib. Amma finalda nə “Zirə”nin , nə də “Qarabağ”ın itirəcəyi bir şey var. Hər iki komanda üçün görüşün mahiyyəti fərqlidi. Qurban Qurbanovun kollektivinin “qızıl dubl” etmək şansı var. “Zirə” isə qalib gələcəyi halda tarixində ilk dəfə ölkə kubokunu qazanacaq. Həmçinin Rəşad Sadıqovun da baş məşqçi kimi ilk titulu ola bilər. Hər şeydən əvvəl maraqlı oyunun şahidi olacağımızı düşünürəm. Bir çoxlarımız “Qarabağ”ı favorit görürük. Lakin dediyim kimi, şanslar bərabərdi. Daha çox səhvə yol verən komanda məğlub olacaq. Çünki belə oyunlarda bəzən 1 qol görüşün taleyini həll edir. İstəyirəm ki, məhsuldar oyun izləyək. “Qarabağ” hücum futbolu oynayır. Müdafiədən sürətli çıxır və mübarizəni meydanın rəqibə aid hissəsinə keçirir. “Zirə” isə müdafiəyə üstünlük verir, yəni rəqibi əks-hücumda yaxalamağı sevir. Qurban Qurbanovun komandası topa daha çox sahib olmaq istəyəcək. Son oyunlarda “qartallar”ın da bu sahədə inkişaf etdiyini gördük. Ola bilsin, Rəşad Sadıqovun kollektivi “köhlən atlar”a öz oyununu oynamağa imkan verməsin. “Qarabağ” futbolçularının əsəbləri ilə oynasınlar. Belə də ola bilər ki, tərəflər yaxşı oyunla yox, necə olur-olsun, qələbə qazanmağa çalışsın. Amma məncə, maraqlı futbol izləyəcəyik. Bir tərəf daha çox hücumda olacaq, o biri isə əks-hücumlardan yararlanmağa çalışacaq. Hər iki komandaya uğurlar arzulayıram. Kim layiqdisə, o da qalib gəlsin”.


Qeyd edək ki, “Qarabağ” - “Zirə” matçı bu gün saat 19.00-da Qəbələ şəhər stadionunda baş tutacaq.

SƏNƏM FƏRHADOVA

Paylaş:
Digər xəbərlər

Ölkə kuboku / Manşet

27-05-2022, 16:0

Aslan Kərimov: “Oyun “Zirə” üçün çox çətin keçəcək” - AÇIQLAMA

Aktual / Manşet / Günün xəbəri

7-04-2022, 12:0

Tərlan Əhmədov futboldan uzaqlaşdı - ŞOK AÇIQLAMA

Aktual
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
Son xəbərlər
  • Bu gün, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Bu gün, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Bu gün, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Bu gün, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Bu gün, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Dünən, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Dünən, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
Daha çox
Oxunub: 405
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 185
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 163
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə