“Mançester Yunayted”in Avropa Liqasının qrup mərhələsi üçün iştirak ərizəsi açıqlanıb.
UEFA-ya göndərilən siyahıda Kriştiano Ronaldonun da adı var. Ulduz futbolçu bu turnirdə sonuncu dəfə 2002/03 mövsümündə çıxış edib. 37 yaşlı hücumçu onda UEFA Kuboku adlanan yarışda “Sportinq”in şərəfini qorumuşdu.