"Viktoriya" "Qarabağ"la oyun öncəsi qələbə qazandı

14.08.2022 00:13 522
Dünya futbolu / Çempionlar Liqası
Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Viktoriya" (Plzen) Çexiya çempionatında növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, komanda 3-cü turda "Qradets-Kralove"nin qonağı olub və 2:1 hesablı qələbə qazanıb.

Xallarının sayını 7-yə yüksəldən "Viktoriya" "Bohemians" və "Brno" ilə birlikdə ilk 3 pilləni bölüşdürür.

"Qarabağ" Çexiya təmsilçisinə qarşı ilk matçını avqustun 17-də Bakıda, cavab oyununu isə avqustun 23-də Plzendə keçirəcək.