Komandamız doğma meydanda Çexiya “Viktoriya”sını qəbul etdi. Görüş 0:0 hesablı bərabəliklə başa çatdı. Matçla bağlı Çexiya mətbuatında yazılanları araşdırdıq.
Sport.cz:
“Stanek "Qarabağ"ın atıcılarını məhv etdi... İlk dəfədi ki, ilkin mərhələlərdə qələbə qazana bilmirdilər. “Viktoriya”nın futbolçularına fikir vermək lazım deyil. Çərşənbə günü Çempionlar Liqasının pley-off mərhələsinin açılış duelində Azərbaycan "Qarabağ"ı ilə görüşdə qolsuz heç-heçə oynadılar. Qapıçı Yindrjix Stanek 3 fantastik seyvlə əla təsir bağışladı. Cavab görüşü gələn həftənin çərşənbə axşamı “Dusan Arena”da keçiriləcək. Beləliklə, “Viktoriya” Çempionlar Liqasının qrupunu və milyonlarla bonusu arzulamağa davam edə bilər.
Çempionlar Liqasının musiqisi ilə təqdim olunan qarşılaşma meydan sahibləri üçün böyük şansla başladı. Bununla belə, Stanek öz sehrini Vesoviçə qarşı işlətdi.
Tofiq Bəhramov adına stadionda hava sakit idi. Günəş artıq parlamasa da, yüksək rütubət xoşagəlməz idi. Dəhlizlərin ab-havası cəhənnəm idi, 31 min tamaşaçı yorulmadan “Qarabağ”ı zirvəyə aparırdı. Azarkeşlərin çılğınlığından insanın öz sözləri eşidilmirdi. “Qarabağ”, “Qarabağ” sədaları hərdən stadionu titrədirdi. “Meksika dalğaları” tribunalardan bir neçə dəfə keçib getdi”.

ŞAİR ABDULLA