“Qarabağ”la oyunu səbirsizliklə gözləyirəm" - "Viktoriya"nın futbolçusu

15.08.2022 13:11 580
Çempionlar Liqası
“Bu, həm mənim, həm də komandam üçün ağır oyun idi”.

"Football-plus.az" xəbər verir ki, bu sözləri “Viktoriya”nın müdafiəçisi Vaslak Jemelka Çexiya çempionatında "Hradeç Kralove"ya qarşı səfər matçı barədə danışarkən deyib. Plzen təmsilçisinin 2:1 hesabı ilə qalib gəldiyi bu görüşdə 27 yaşlı mərkəz müdafiəçisi olan Vaslav Jemelka yeni klubunda debüt edib. O, üçlü mərkəz müdafiəçiləri ilə oynamaları barədə Çexiya mətbuatına danışarkən deyib:

“Artıq məşqdə biz qərarlaşdırmışdıq ki, “Hradeç Kralove"yə qarşı üç mərkəz müdafiəçisi ilə oynayacağıq. Köhnə komandamda bu sistemlə tez-tez oynadığımdan məndə hər hansı problem olmadı. Bu, baş məşqçinin qərarı idi və mən şadam ki, belə sistemdə də oynaya bilirəm”.


Vaslav Jemelka deyir ki, hazırda komandalarında əhval-ruhiyyə yaxşıdı:

“Çempionlar Liqasında və yerli liqada uğurla çıxış edirik. Burada ab-hava gözəldi. Komandaya uyğunlaşıram. İnanıram ki, gələcəkdə özümü burada daha əla hiss edəcəyəm”.


O, Bakıda “Qarabağ”la keçirəcəkləri Çempionlar Liqasının ilk pley-off matçı haqda da danışıb:

“Plzenə Çempionlar Liqasında oynamaq üçün gəlmişəm. Xoşbəxtəm ki, bu istəyimə nail olacağam. “Pley-off”da “Qarabağ”la oyunu səbirsizliklə gözləyirəm. Mən Çempionlar Liqasında mübarizəyə hazıram. Görək, necə olacaq. Amma bir daha təkrar edirəm, qarşıdakı oyunu çox gözləyirəm”.


Xatırladaq ki, "Qarabağ"la "Viktoriya" arasında ilk oyun avqustun 17-də Bakıda keçiriləcək və saat 20.45-də başlayacaq. Avqustun 23-də Çexiyada oynanılacaq cavab matçı isə Bakı vaxtı ilə saat 23.00-da start götürəcək.