"Mançester Yunayted"dən ayrılmaq istəyən Kriştiano Ronaldo meneceri Jorje Mendeş tərəfindən Dortmund "Borussiya"sına təklif olunub.
"Footbal-plus.az" xəbər verir ki, Bundesliqa təmsilçisi portuqaliyalının yaşı və maaşının çox olması səbəbindən ondan imtina edib. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Ronaldo daha əvvəl "Real", "Atletiko", "Barselona", "Bavariya" və "Çelsi"yə təklif olunmuş, ancaq klublar onu istəməmişdi.