• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Təxminən 45 gün ərzində 600 milyon avrodan artıq pul cəlb etmişik” - MÜSAHİBƏ

Dünya futbolu

5-08-2022, 20:0

“Barselona”nın prezidenti Xuan Laporta klub həyatı ilə bağlı ən aktual suallara cavab verib.

Onun son müsahibəsini qısa ixtisarla dərc edirik.

- Frenki de Yonq “Barselona”da qalacaqmı?

- Frenkinin “Barselona”da qalmasını istəyirik. Onu futbolçu və insan kimi sevirik. Onun qalmasını istəyirəm, yaxşı oyunçu və oğlandı. Frenkinin də qalmaq istədiyini bilirəm.

- Frenkini maaşın azaldılması ilə bağlı dilə tutmaq başağrısıdı?

- Başqa oyunçularla etdiyimizi Frenki ilə də edirik. Komandaya gələn yeni oyunçular yeni struktura uyğunlaşırlar. Ancaq Frenkinin müqaviləsi var və biz bu sənədə hörmət edirik. Futbolçunu maaş azaldılmasına məcbur edə bilmərik, bu onun qərarıdı. Biz klubu ağıllı şəkildə idarə etmək istəyirik. Bu üzdən danışıq aparmalıyıq, bu işi sakit və ölçülü-biçili şəkildə görürük. Vəziyyəti izah etmişik, bizə kömək edə bilən bütün futbolçulara minnətdarıq. Dembele ilə də belə oldu. Bir neçə ay sürən danışıqlardan sonra maaşını azaltmağa razılıq verdi və bu qərarı ilə qürur duya bilər.

- Frenkinin “Mançester Yunayted”ə keçməyəcəyini qəti şəkildə iddia edə bilərsizmi?

- Futbolda heç vaxt nə olacağını bilmək olmur. Siz deyəni qətiyyətlə iddia edə bilmərəm. Hər şey müxtəlif tərəflərdən asılıdı. Prinsipcə onu deyə bilərəm ki, onun qalması ilə bağlı böyük ehtimal var və mən klub prezidenti kimi bunun üçün əlimdən gələni edəcəm.

- De Yonqun məhkəməyə müraciət etməli olduğunu deyən Qari Nevillə nə cavab verərdiz?

- Cavabım yoxdu, onun fikrinə hörmət edirəm. Ancaq fikrimcə, Nevill haqlı deyil, çünki bütün oyunçularımıza hörmət etdiyimizi, müqavilə şərtlərini gözlədiyimizi deyirəm. Yeni oyunçulara investisiya qoyuruqsa, bunu yalnız ona görə edirik ki, klub daha rəqabətədavamlı olsun. Bu bir qapalı dairədi: siz yeni oyunçulara investisiya qoyursuz, azarkeşlər maraqlanır, bu da öz növbəsində iqtisadi durumumuzu yaxşılaşdırır. Qari “Mançester Yunayted”də çox yaxşı futbolçu idi, fikirlərinə hörmət edirəm – yalnız bunu deyə bilərəm.

- Mənəvi baxımdam yanaşsaq, təxirə salınan maaşları ödəmək əvəzinə pulu yeni transferlərə xərcləmək doğrudumu?

- İstənilən fikrə hörmətlə yanaşıram, ancaq adamlar ortaya belə baxış qoyanda, adətən, yetərincə informasiyaya malik olmurlar. Bu yay imza atdırdığımız oyunçular mənim üçün xərc yox, investisiyadı. Və fəaliyyətdə olan oyunçularımız bunu gözəl anlayırlar. Yeni oyunçular maaşlarını yaratdığımız yeni struktura uyğunlaşdırırlar. İndiki heyətdən də eyni addlm atmalarını xahiş edirik. Klubdan kənarda olan adamlar bütün informasiyaya malik deyil. Biz belə hərəkət etməliyik, əks halda klub yoxa çıxa bilər. Mən “Barselona”nı sevirəm. Bu üzdən təsəvvür edə bilərsiz ki, klubun gələcəyini və 122 illik tarixini risk altına atan heç bir qərar vermirəm. Mən prezident olduğum dönəmdə kiminsə kluba ziyan vurması çox çətin olacaq, ona görə burdayam ki, “Barselona”nı qoruyum. Çətin vaxtlarda cəsurluq göstərmişik və mən azarkeşlərin bizə inandığını bilirəm. Azarkeşlərin inamını və etimadını hiss edirəm, ilk prezidentlik dövrümün möhtəşəm anlarını geri qaytarmaq istəyirəm.

- Kriştiano Ronaldonu sizə təklif etmələri haqda deyilənlər doğrudu?

- Yay pəncərəsində belə tarixçələr olur, həmişə çoxlu xəbər yayılır. Ancaq son nəticədə həqiqət belədi ki, biz Levandovski ilə anlaşmaq istəyirdik. Jorje Mendeşlə aramızda yaxşı münasibətlər var. Onu lap çoxdan tanıyıram, ən yaxşı agentlərdən biridi. Jorge işini yaxşı görür, ona hörmət edirəm.

- Yaxşı, nə vaxtsa Ronaldonun namizədliyini nəzərdən keçiribsizmi?

- Bizim Levandovskimiz var. O əsas hədəfimiz idi, bundan artıq şərh verməyə ehtiyac görmürəm.

- Ronaldonun özünə yeni komanda tapa bilməməsinə təəccübləndizmi?

- Ronaldo çox yaxşı peşəkardı və hələ də əla formadadı. Ambisiyalı və rəqabətədavamlı futbolçudu, hələ də çoxlu variantının olduğuna inanıram. O, möhtəşəm “Mançester Yunayted”in oyunçusudu. Ronaldonun gələcəyi mənim işim deyil, bu MY ilə Kriştiano arasında olan məsələdi.

- Yay “transfer pəncərəsi”ndəki fəaliyyətinizdən razı olmalısız.

- Bəli. Düşünürəm ki, ABŞ turnesi zamanı və klasikodakı qələbə ilə rəqabətədavamlı olduğumuzu göstərdik və azarkeşlər bundan məmnundu. Las-Veqasdakı həmin oyun qeyri-rəsmi xarakter daşıyırdı, ancaq əslində “Barselona” ilə “Real” arasında yoldaşlıq oyunu olmur. Və təkcə qələbə qazanmağımız yox, həm də necə qələbə qazanmağımız önəmlidi. Levandovski, Kristensen, Kessye, Kunde və Rafinyanın gəlişi ilə daha yaxşı komandaya çevrilmişik.

- Bernardo Silva da mümkün variantlardan biridi?

- O çox yaxşı oyunçudu. Ancaq “Mançester Siti”yə məxsus olmasına hörmət etməliyəm. Orda Pep, Beqiristayn, Haldun Əl-Mübarək kimi dostlarım, tanıdığım adamlar var.

- De Yonqu nə vaxtsa, məsələn, Todd Boeli ilə axşam yeməyi zamanı “Çelsi”yə təklif etmisizmi?

- Yox, yox, yox. Barselonadakı çox yaxşı axşam yeməyində ümumilikdə futboldan danışdıq. O çox uğurlu biznesmendi, “Leykers” və “Docers”in, indi də “Çelsi”nin həmsahibidi. Boeli nə etmək istədiyini bilən adam təsiri bağışladı.

- “Barselona” və “Çelsi” bu “transfer pəncərəsi”ndə bir neçə dəfə üz-üzə gəldi.

- Aramızda yaxşı münasibətlər var, rəqiblərimizə hörmət edirik. Heyətimizi yaxşılaşdırmaq üçün transfer bazarında fəal hərəkət etmək zərurəti yarandı. Və elə alındı ki, onların istədiyi bəzi oyunçular bizə də lazım idi. Bu oyunçular “Barselona”ya keçmək istədilər, ona görə ki, layihəmizə, tariximizə, oyun üslubumuza, baş məşqçimizə inanırlar. Xavi bu məsələdə vacib rol oynayır. Mateo Alemani və Jordi Kroyff da ötən yay olduğu kimi, yenə də işlərinin öhdəsindən əla gəlirlər.

- Hələ də Sesar Aspilikueta ilə Markos Alonsonu “rənglərinizə bağlayacağınıza” inanırsız?

- Onıarın “Çelsi” ilə müqaviləsi var. Başqa komandalara məxsus olan oyunçular haqda danışmaq istəmirəm. Sesarla Markosa futbolçu kimi hörmət edirəm. Çox-çox yaxşı oyunçulardı. Onlar keyfiyyətlərini və istedadlarını “Çelsi”də göstərirlər. Məhz londonlulara hörmət üzündən bu haqda danışmaq istəmirəm.

- Yeni oyunçuları qeydiyyatdan keçirə biləcəksizmi?

- Bu La Liqa ilə nəyəsə əmin olmaq çətindi. Ancaq qaydalara tam hörmət göstərməklə hər şey etməyə çalışacağıq. Bəzən fərqli təfsirlər olur. Baxaq görək nə baş verəcək. Ancaq gəlirlərimizi artırmaq üçün çox can qoymuşuq. Təxminən 45 gün ərzində 600 milyon avrodan artıq pul cəlb etmişik. Düşünürəm ki, La Liqa cəhdlərimizi və qaydalara uyğun gəlmək niyyətimizi görür, problem yaranmayacağına ümid edirəm.

- Və nəhayət, hansı nəticə uğurlu mövsüm sayılacaq?

- La Liqada və Çempionlar Liqasında qələbə uğrunda mübarizə aparacağımıza inanıram. Ümid edirəm ki, buna şansımız var. Ona da əminəm ki, azarkeşlərə xoş gələn əsl oyun üslubumuzu göstərəcəyik. Onlar bu mövsüm bizlə qürur duyacaqlar.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

10-07-2022, 10:0

De Yonq qalır, yoxsa gedir?

Dünya futbolu

5-08-2022, 14:0

De Yonqun adı ətrafında transfer dastanı - TƏHLİL

Dünya futbolu

2-08-2022, 20:0

FİFPro De Yonqun məsələsini nəzarət altında saxlayır

Dünya futbolu

13-07-2022, 21:0

"Barselona" Dembele ilə razılaşdı

Dünya futbolu

5-05-2022, 14:0

"Barselona" de Yonqu "Yuventus"a vermədi

Dünya futbolu

27-06-2022, 20:0

Mançesterə yollanmağa yaxındı

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Bu gün, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Bu gün, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Bu gün, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Bu gün, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Bu gün, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Bu gün, 15:59
    La Liqada yeni təyinat
  • Bu gün, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Bu gün, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Bu gün, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Bu gün, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Bu gün, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Bu gün, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Bu gün, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 12:03
    48 milli komanda, 48 fakt
  • Bu gün, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Bu gün, 11:24
    Milli komandada yeni müqavilə
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Dünən, 20:12
    Bruno Lanqa "Qarabağ"da
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 238
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 235
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə