Frenki de Yonq tezliklə “Barselona”nı tərk edəcək.
Niderlandlı futbolçusu “Mançester Yunayted”ə keçməyə yaxındı. “The Telegraph” qəzetinin məlumatına görə, İngiltərə klubu artıq “Barselona” ilə razılığa gəlib. MY bu keçidə görə qarşı tərəfə 80 milyon avro ödəyəcək. 25 yaşlı yarımmüdafiəçi ilə bir həftə ərzində müqavilə bağlanacağı gözlənilir.
De Yonq “Barselona”ya 2019-cu ildə “Ayaks”dan keçib. O, son mövsümdə meydana çıxdığı 32 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.