Frenki de Yonq yaman inadkar imiş.
Football-plus.az xəbər verir ki, “Barselona”nın “Mançester Yunayted”ə satmağa çalışdığı futbolçu İngiltərə klubuna keçmək istəmir. “Mundo Deportivo” qəzetinin xəbərinə görə, 25 yaşlı yarımmüdafiəçi Mançesterdə yaşamaq və yeni mövsümdə Çempionlar Liqasında çıxış etməyəcək komandada oynamaq istəmir. Frenki bu səbəbdən hazırkı klubundan ayrılmaq fikrində deyil. Amma onun fikrinə Çempionlar Liqasında qələbə uğrunda mübarizə aparmağa qadir olan klubdan gələ biləcək təklif təsir edə bilər.
De Yonq bu yay klubdan ayrılmaqdan qəti şəkildə imtina edərsə, rəhbərlik onun maaşını azaldacaq. Bu isə “Barselona”da ciddi problem yarada bilər. Məsələ ondadı ki, klub ona maaş və bonuslar daxil olmaqla 20 milyon avro borcludu. Rəhbərlik bu borcun 7 milyon avroya qədər azaldılmasına razılaşması üçün futbolçunu dilə tutur. Hələ ki bu planda da razılaşma mövcud olmadığından FİFPro vəziyyəti nəzarət altında saxlayır.