"Qəbələ"nin 3 futbolçusu məşqlərdə iştirak etmir

19.07.2022 09:10 389
Premyer-liqa
“Qəbələ”nin üç futbolçusu hazırlıq prosesində iştirak etmir.

Football-plus.az xəbər verir ki, əməliyyat olunan Yaovi Akakpo zəruri müalicələri alır.

Digər iki futbolçu Urfan Abbasovla Gülağa Əsədov isə proqram üzrə bərpa prosesini davam etdirir.