Rusiya millisinin və "Zenit"in sabiq üzvü Artyom Dzyuba karyerasını Azərbaycanda davam etdirə bilər.
Bu məlumatı "Sport-Ekspress" nəşri yayıb. 33 yaşlı hücumçu ötən gün Bakıya gəlib. Onun "Neftçi" və ya "Qarabağ"la danışıqlar apara biləcəyi güman edilir.
Qeyd edək ki, Dzyuba bu ilin may ayında "Zenit"dən ayrılıb. Buna görə də o, Azərbaycan klubuna azad agent statusu ilə keçə bilər.