Millimiz ötən gün Belarusu 2:0 hesabı ilə məğlub etməklə qələbə həsrətinə son qoydu.
Bu qələbə ilə xallarını 4-ə yüksəldən yığma qrupda 3-cü pilləyə yüksəldi. Qrupa nəzər saldıqda heç bir rəqibin bizdən üstün olmadığını görürük. Lakin təəssüf ki, nəticə fərqlidi.
İdman ictimiayyəti və azarkeşlərin bir qismi uğursuzluğun səbəbini futbolçularda görsə də, böyük əksəriyyət millinin baş məşqçisi Canni de Byazini günahlandırır. İtaliyalı mütəxəssisə iradların böyük hissəsi yanlış heyət seçimi ilə bağlıdı. Ötən mövsüm premyer-liqada ən yaxşı performans sərgiləyən yerli oyunçulardan Aleksey İsayevə 4 qarşılaşmada az şans verməsi də buna nümunədi. Dünən isə futbolçu 17 dəqiqə meydanda olmaq imkanı qazansa da, onun oyuna qoşulmasından sonra hücumda dəqiqlik artdı.
Görəsən, İsayev özü millinin Belarus üzərində qələbəsi haqda nə düşünür? Nəticədən razıdı? Bunu öyrənmək üçün milli üzvü ilə əlaqə saxlamağı lazım bildik. Alekseyin “Football-plus.az” saytına açıqlaması belə oldu:
SƏNƏM FƏRHADOVA