Millinin Qazaxıstana səfərinin detalları - AFFA açıqladı

29.05.2022 20:19 650
Ölkə futbolu / Manşet
Millətlər Liqasının başlamasına qısa müddət qalıb.

Millimiz C divizionunda mübarizə aparacaq. Yığma ilk matçını iyunun 3-də səfərdə Qazaxıstana qarşı keçirəcək.

Görəsən, Canni de Byazi və komandası dəniz qonşumuza hansı tarixdə yollanacaq? Bu və səfərin təfərrüatlını öyrənmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdula ilə əlaqə saxlamağı lazım bildik.
Qurum rəsmisinin "Football-plus.az" saytına açıqlaması belə oldu:

"Komanda iyunun 1-də, saat 14.15 radələrində yola düşəcək. Nur-Sultan şəhərində "Sheraton" otelində məskunlaşacaq. Məşq və mətbuat konfransı barədə məlumat veriləcək. Oyundan sonra isə komanda Belarusla qarşılaşma üçün Serbiyaya yola düşəcək".



SƏNƏM FƏRHADOVA