• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Milan”: yenə İbrahimoviç, effektli komanda işi və 19-cu çempionluq! - YAZI

Manşet / Yazarlar

27-05-2022, 11:0

İtaliyanın Lombardiya vilayətinin inzibati mərkəzi, belə desək, artıq bir neçə gündü qırmızı və qara rənglərə boyanıb.

"Football-plus.az" xəbər verir ki, Milan şəhərinin eyniadlı klubunun azarkeşləri mayın 22-dən şadyanalıq edirlər. Axı onların sevimli komandası 11 illik həsrətə son qoymaqla çempion olub!

A seriyasında yenicə sona çatan mövsüm ən böyük titul uğrunda mübarizə baxımından olduqca maraqlı keçdi. Bircə əsas suala son turda cavab tapıldığını qeyd etmək kifayətdi. “İnter” çempion titulunu qorumağa yaxın idi. Hər halda, 34-cü turdan sonra çempionatın potensial lideri sayılırdı. Bunu real liderliyə çevirmək üçün “Bolonya”ya qalib gəlmək tələb olunurdu. Lakin Simone İnzaqinin komandası aprelin 27-də 20-ci turdan təxirə salınan oyunda uduzmaqla (1:2) növbəti çempionluq yolunda ağır zərbə aldı. Bir andaca vahid liderliyi rəsmiləşən “Milan” mövsümün son 6 oyununda qələbələri sıraladı və sonda azakeşlərini sevinc göz yaşlarına qərq etdi!..

“Milan”: yenə İbrahimoviç, effektli komanda işi və 19-cu çempionluq!


Uzun illərdən sonra skudetto həsrətini torpağa basdıran “qırmızı-qaralar”ın uğuru İtaliyanın 2-ci ən titullu klubu üçün çox dəyərlidi. Son illər keçid dövrünü yaşayan “Milan”, bir az pis çıxmasın, az qala hamını özünə güldürməklə məşğul idi. Rəhbərliyin sıralanan uğursuzluqlardan sonra güclü, parlaq nəsə qurmaq üçün atdığı addımların heç bir nəticə verməməsi yerli tifozini və komandanın dünyanın dörd bir yanında yaşayan milyonlarla azarkeşi həm qəm dəryasına batırmış, həm də bosslara qarşı qəzəbləndirmişdi. Nəhayət, 2020/21 mövsümündə yaxın gələcəyin uğur qazanacaq komandasının təməli qoyuldu: “Milan” Stefano Pyolinin başçılığı altında A seriyasında əzəli rəqibi “İnter”dən sonra 2-ci yeri tutaraq uzun fasilədən sonra Çempionlar Liqasına vəsiqə qazandı. Məhz onda klubda və tifozidə növbəti mövsüm üçün daha böyük uğura inam və ümid yaranmışdı.

Zarafat deyil, azarkeşlər sonuncu çempionluğu 2011-ci ildə bayram etmişdilər. Həmin uğuru tam başqa komanda qazanmışdı. Hərçənd 11 il əvvəlki “Milan”da da Zlatan İbrahimoviç “meydan sulayırdı”. Təcrübəli hücumçu ötən illər ərzində PSJ, “Mançester Yunayted” və “Los Anceles Qalaksi”nin formasında parlaq oyunu fonunda bombardirlik keyfiyyətini nümayiş etdirmiş və titullar kolleksiyasını artırmışdı. Amma 2020-ci ildə “Milan”a qayıdarkən çoxları ondan ciddi nəsə gözləmirdi. 40 yaşlı futbolçunun son mövsümdə zədə sindromuna görə arabir meydanda görünməsi də “ağzıgöyçəklər”in onunla bağlı fikrini möhkəmləndirmişdi. Amma bu bir həqiqətdi ki, komandanın yeganə ulduzu məhz Zlatan idi. Ambisiyaları yerə-göyə sığmayan nəhəng cüssəli oyunçu gənc oyundaşlarına yaşıl meydanda lazımi qədər dəstək verə bilməsə də, ondan kənarda, məşqdə və paltardəyişmə otağında psixoloji müdaxilələri ilə çox faydalı ola bilirdi.

Ümumiyyətlə, “Milan”ın çox gecikən uğurunda təcrübəli məşqçinin rəhbərliyi altında kollektiv şəkildə görülən işin effekti daha qabarıq görünür. Hər bir oyunçu lazımi məqamda ortaya çıxaraq məsuliyyət yükünü üzərinə götürməyi bacarır. İbrahimoviç baş məşqçi ilə birlikdə komandanı kənardan ilhamlandırmaq bacarığından başqa meydana çıxdığı 23 oyunda 8 qol və 3 məhsuldar ötürmə ilə də faydalı oldu. Kritik məqamlarda Rafael Leau, Teo Ernandes, Frank Kessi, Ante Rebiç və Olivye Jiru da sözünü dedi. Ötən yay Canluici Donnarummanı sıralarında saxlaya bilməyən klubun “Lill”dən Mayk Menyanı transfer etməsi artıq bu əməliyyatın uğurlu nəticə verdiyini deməyə əsas verir. Fransalı qapıçı mövsümboyu sələfi ilə müqayisədə daha effektli göstəricilərlə yadda qaldı. Yeni komandanın oyun və emosional strukturuna əla uyğunlaşan Mayk mövsümün həlledici hissəsində arxa xəttin inamlı oynamasında böyük rola sahib oldu.



“İnter”lə müqayisədə “Milan” mövsüm ərzində ciddi böhran yaşamadı. Bu mənada yalnız ötən il noyabr və dekabr aylarında keçirdiyi 6 matçda 8 xal qazanmasını xatırlatmaq olar. Əsas odu ki, Pyolinin komandası finişdən əvvəl qələbələri sıraladı və bunun sayəsində Lombardiyanın baş şəhərini qırmızı və qara rənglərə boyadı!

Faktlar
* “Milan” 11 ildən sonra ölkə çempionu oldu. “Qırmızı-qaralar” 2010/11 mövsümündə skudettonu Massimiliano Alleqrinin başçılığı altında qazanmışdılar.
* “Milan” çempionluq sayına görə əzəli rəqibi “İnter”ə (19) çatdı. İtaliyada skudettonu ən çox qazanan komanda isə “Yuventus”du – 36 dəfə.
* “Milan” 2016-cı ildən sonra ilk titulunu qazandı. Komanda həmin il dekabrın 23-də “Yuventus”u penalti seriyasında üstələməklə İtaliya superkubokuna yiyələnmişdi.
* “Milan” İtaliyada qələbəyə görə 3 xal sisteminin tətbiq olunduğu 1994-cü ildən sonra ən gənc heyətə malik çempiondu. Komandanın oyunçularının orta yaş göstəricisi 26 yaş 97 günə bərabərdi.
* Stefano Pyoli karyerasında ilk titulunu qazandı. 56 yaşlı mütəxəssis “Milan”dan əvvəl “Fiorentina”, “İnter”, “Latsio”, “Bolonya”, “Palermo”, “Kyevo”, “Sassuolo”, “Pyaçentsa”, “Qrosseto”, “Parma”, “Modena” və “Salernitana”nı çalışdırıb.
* Zlatan İbrahimoviç 11 ildən sonra “Milan”la ikinci dəfə çempion oldu. Maraqlıdı ki, o, komandanın 2005-ci ildən sonrakı hər iki uğurunda rol oynayıb.
* İbrahimoviç 5-ci dəfə İtaliya çempionu oldu. İsveçli hücumçu “İnter”lə 3 dəfə qızıl medala sahib çıxıb. Amma onun “Yuventus”la qazandığı hər iki çempionluq “Kalçopoli” qalmaqalına görə ləğv edilib.
* İbrahimoviç 12-ci dəfə ölkə çempionu oldu. O, “Ayaks”la 2, “İnter”lə 3, PSJ ilə 4, “Barselona” ilə isə 1 dəfə çempionluq qazanıb.
* İbrahimoviç karyerasında 32-ci titulunu qazandı.
* Daniel Maldini “Milan”la ilk dəfə çempion oldu. Maraqlıdı ki, son mövsümdə A seriyasında 8 oyun keçirib 1 qol vuran 20 yaşlı hücumçunun atası Paolo bu klubla 7, babası Çezare isə 4 dəfə skudettoya sahib çıxıb.
* Mayk Menyan son mövsüm çempionatda iştirak etdiyi 32 matçdan 17-də top buraxmayıb. Qalan oyunlarda isə topu 21 dəfə tordan çıxarıb. Fransalı qapıçı A seriyasında “quru” oyunların sayına görə birinci yeri tutub. Samir Handanoviç (İnter) ilə Ruy Patrisiu (Roma) hərəyə 15 matçda qapısını toxunulmaz saxlayıblar. Menyan bu planda qitənin 5 aparıcı liqalarında 20 “quru” oyun keçirən Alisson (Liverpul) ilə Edersondan (Mançester Siti) və 19 matçda top buraxmayan Aleks Remirodan (Real Sosyedad) geri qalıb.

RAMİL YUSİFOV

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-05-2022, 19:0

Moratti: “İndi mövhumatçılıq və ümid etmək vaxtıdı”

Dünya futbolu

24-04-2022, 15:0

“İnter” 12 oyunluq seriyanı qırdı

Dünya futbolu

10-03-2022, 19:0

İnzaqinin aqibəti necə olacaq?

Aktual
“Qarabağ” 10,8 milyon avroluq rəqiblə qarşılaşır
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Mehdi Cənnətovdan geriyə addım! – 34 yaşında elitadan getdi
DÇ-də vəziyyət necədi? – bu an üçün ən vacib bilgi
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Odur, özüdür ki var, Mixaylodur! - gecə lövhəsi
Son xəbərlər
  • Bu gün, 15:47
    Maykl Bispinq və Brüs Baffer UFC Fight Night Baku-da!
  • Bu gün, 15:26
    Tahir Abdullayev ilk, Rafael Fiziyev son döyüşə çıxacaq
  • Bu gün, 15:08
    “Qarabağ” 10,8 milyon avroluq rəqiblə qarşılaşır
  • Bu gün, 14:42
    Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
  • Bu gün, 13:53
    Mehdi Cənnətovdan geriyə addım! – 34 yaşında elitadan getdi
  • Bu gün, 13:37
    DÇ-də vəziyyət necədi? – bu an üçün ən vacib bilgi
  • Bu gün, 13:07
    Andrade "Qarabağ"dan Ukrayna klubuna getdi - RƏSMİ
  • Bu gün, 12:36
    Bülənt Korkmaz bu klubu superliqaya qaytarmağa çalışacaq
  • Bu gün, 12:15
    "Qarabağ" "Tirol"a qarşı
  • Bu gün, 11:54
    Muslera Uruqvayı məhv etdi - Byelsa özünü yıxıb-sürüdü!
  • Bu gün, 11:23
    Milandan Turinə yollana bilər
  • Bu gün, 10:52
    Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
  • Bu gün, 10:31
    Anri, İbrahimoviç və Mata Türkiyənin qələbəsi haqda nə dedi?
  • Bu gün, 10:00
    İki şahmatçımız dünya çempionu oldu
  • Bu gün, 09:18
    Muslera Uruqvayı qrupda saxladı, İranın pley-off şansı qalır - DÇ səhəri
  • Bu gün, 01:09
    1/16 final cütlərindən beşi bəllidi!
  • Bu gün, 01:02
    Fransa Norveçi, Seneqal İraqı darmadağın etdi - DÇ gecəsi
  • Bu gün, 00:54
    Odur, özüdür ki var, Mixaylodur! - gecə lövhəsi
  • Dünən, 23:50
    “Zirə”nin taleyini fin və macar müəyyənləşdirəcək
  • Dünən, 22:40
    "Neftçi" Tuptanı tapdı
  • Dünən, 22:00
    Romadan Berqamoya üz tutdu
  • Dünən, 21:27
    “Sabah”, “Neftçi”, “Turan Tovuz”! - ...bu üç klubdan biri Elvin Cəfərquliyevi ala bilər
  • Dünən, 20:57
    "Sabah"ın "Nyu Seynts"ə qarşı matçlarının hakimləri
  • Dünən, 20:26
    Mançesterdən Madridə yollandı
  • Dünən, 19:51
    ABŞ-nin məşqçisi nədən narazı qaldı? - ''Sanki Türkiyə davam edir, biz evə qayıdırıq''
  • Dünən, 19:20
    Vaci ilə yeni müqavilə
  • Dünən, 18:59
    Təntənəli çəkiölçmə mərasimi baş tutdu -UFC Bakı
  • Dünən, 18:27
    "Qarabağ"ın yeni futbolçusundan paylaşım
  • Dünən, 17:56
    "Qəbələ" legionerlərə xərclədiyi pulu yerlilərdən çıxarıb! - maraqlı statistika
  • Dünən, 17:29
    Elman Himayətoğlunun vəzifəsi artırıldı
  • Dünən, 16:58
    Bəhlulun durumuyla bağlı son xəbər - yaşıl meydana nə vaxt qayıdacaq?
  • Dünən, 16:37
    Karyerasını başa vurdu
  • Dünən, 16:16
    "Zirə" sabah Özbəkistan komandası ilə qarşılaşacaq
  • Dünən, 15:59
    Cüdoçumuz bürünc medal qazandı
  • Dünən, 15:28
    ''Fənər''in sabiq baş məşqçisi Türkiyədə saç əkdirdi
Daha çox
Oxunub: 372
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 312
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 268
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 265
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 217
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə