"Football-plus.az" xəbər verir ki, hazırda A seriyasında mövsümün sonuna iki tur qalmış əzəli rəqibi “Milan”dan iki xal geridə olan Simone İnzaqinin komandasının taleyi öz əlində deyil. Belə məqamda “İnter”in sabiq prezidenti Massimo Moratti rəqibin səhvini gözlədiklərini etiraf edib:
“İndi mövhumatçılıq və ümid etmək vaxtıdı. Biz “Milan”ın səhvə yol verməsini gözləyirik. “İnter”in hər bir azarkeşi mövsümün ilk turundan çempionluğa inanır. Bunu həyata keçirmək və növbəti dəfə skudettonu qazanmaq üçün xarakterə malik olduğumuzu göstərmişik”.


