Andrade "Qarabağ"dan Ukrayna klubuna getdi - RƏSMİ

27.06.2026 13:07 17
Ölkə futbolu
Leandro Andrade “Qarabağ”ı tərk edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

Qeyd edilib ki, Andradenin transferi ilə bağlı Ukraynanın “Polessye” klubunun təklifi və yarımmüdafiəçinin istəyi müsbət cavablandırılıb.

Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.

Andrade 2022-ci ilin yanvarından “Qarabağ”ın formasını geyirdi.