İtaliya çempionatında şənbə günü “Roma”ya qalib gələn “İnter” çempion titulunu qorumaq yolunda növbəti addımı atıb.
Simone İnzaqinin çalışdırdığı komanda 3:1 hesablı qələbə ilə rəqibinin 12 oyunluq məğlubiyyətsiz seriyasını qırıb. “Roma” A seriyasında sonuncu dəfə yanvarın 9-da “Yuventus”a uduzmuşdu (3:4). Joze Mourinyonun komandası turinlilərlə oyundan sonra ölkə çempionatında keçirdiyi 12 matçda 7 qələbə və 5 heç-heçəyə nail olmuşdu.
“İnter” artıq A seriyasında “Roma”ya 10 oyundu məğlub olmur. Milan klubu bu rəqibinə sonuncu dəfə 2017-ci ilin fevralında uduzub (1:3). Lombardiyalılar həmin matçdan sonra romalılarla görüşlərdən 4 qələbə və 6 heç-heçə ilə ayrılıblar.