"Qarabağ" Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi "Tirol"la qarşılaşacaq. Avstriya təmsilçisi olan bu komanda ötən mövsümü 7-ci yerdə başa vurub.
"In Gernot Langes" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19.00-da başlayacaq.
Xatırladaq ki, "Qarabağ" hazırlıq prosesi çərçivəsində daha 2 yoxlama matçı oynayacaq. Komanda iyulun 1-də Ukrayna “Xarkov”u ilə (Bakı vaxtı ilə saat 15.00) və Macarıstan "Ferentsvaroş"u ilə (Bakı vaxtı ilə saat 20.00-da) üz-üzə gələcək.