Ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Zirə”nin Kutaisi “Torpedo”su ilə hər iki oyununu idarə edəcək hakimlər müəyyənləşib.
İyulun 8-də keçiriləcək ilk oyun üçün Sumqayıta Finlandiyadan olan hakimlər briqadası gələcək. Baş hakim Yoni Hyuyutiyaya laysmanlar Veli-Matti Leppyanen və Yuuso Mantere yardım edəcək. Dördüncü hakim isə Peyman Simani olacaq.
İyulun 16-da Kutaisidə keçiriləcək görüşdə ədaləti macarıstanlı hakimlər briqadası qoruyacaq. Baş hakim Mihali Kapraliyə yan xətt hakimləri İstvan Albert və Bense Belitsa kömək edəcək. Dördüncü hakim isə Marsell Derdak olacaq.
“Zirə”nin taleyini fin və macar müəyyənləşdirəcək
Avrokuboklar / Konfrans Liqası





