Ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Neftçi" bir neçə dəqiqə əvvəl yeni transferini açıqlyıb. Paytaxt klubu bu dəfə hücumçu alıb. Slovakiyalı Lyubomir Tupta ağ-qara formanı geyəcək. 28 yaşlı futbolçu ilə "2+1 illik" müqavilə bağlanıb. O, 29 nömrəli forma ilə çıxış edəcək.
Hər iki cinahda vinger kimi də oynaya bilən Lyubomir sonuncu klubu AEL-in heyətində Yunanıstan çempionatının 2025/26 mövsümündə 35 matçda 8 qol, 3 məhsuldar ötürmə müəllifi olub. İtaliya, Polşa, İsveçrə və Çexiya liqalarında da çıxış etmiş Tupta 2023-cü ildə debüt etdiyi Slovakiya milli komandasının heyətində 21 oyun keçirib.